Fransada büdcə səsverməsi ərəfəsində qeyri-müəyyənlik hökumətdə narahatlığı artırıb
09.12.2025 [19:49]
Fransada sosial müdafiə büdcəsinin (PLFSS) taleyi bu gün – dekabrın 9-da Milli Assambleyada keçiriləcək yekun səsvermədən asılı olacaq. Səsvermənin nəticəsi təkcə 2026-cı il üçün sosial xərclərin gələcəyini deyil, həm də Baş nazir Sebastyən Lökornünün siyasi mövqeyini müəyyən edəcək. Çünki hesablamalara görə, mövcud siyasi balansda layihənin qəbul edilmə ehtimalı son dərəcə aşağıdır.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri bildirib ki, hökumətin təklif etdiyi sənəd 2026-cı ildə Sosial Təhlükəsizlik sistemində 19,6 milyard avro kəsir nəzərdə tutur. Bu rəqəm sosial modelin maliyyələşdirilməsində artan qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilir.
Xəbərlərdə hökumət daxilində əhvali-ruhiyyənin pessimist olduğu bildirilir. Sosial müdafiə üzrə büdcə layihəsi müxtəlif prizmalardan hesablansa da, nəticə eyni alınır - layihə qəbul olunmur. Hökumətin arxalanmalı olduğu mərkəzçi blok belə tam dəstəyi təmin etmir.
Bu gün deputatlar hələ bir məsələyə – səhiyyə sığortası xərclərinin yuxarı həddinə – səs verməlidirlər. Hökumət dünən gecə fövqəladə qaydada təklif edib ki, bu limit 3 faizə qaldırılsın, yəni əvvəlki layihədən demək olar ki, iki dəfə çox. Bu addım sosial sahədə artan tələblərə cavab kimi görünür, amma eyni zamanda büdcə kəsirini daha da dərinləşdirə bilər. Bu səsvermə Fransa siyasətində bir növ etimad imtahanı rolunu oynayır. Layihənin qəbul edilməməsi Sebastyən Lökornünün mandatını sual altına sala bilər.
Siyasi fraksiyalar arasında parçalanma Makron hökumətinin onsuz da zəif olan parlament dayağını daha da sarsıdır. Sosial müdafiə sistemində artan kəsir isə struktur islahatlarının qaçılmaz olduğunu göstərir. Beləliklə, bu gün keçiriləcək səsvermə təkcə bir büdcə sənədi haqqında deyil - Fransanın sosial modeli, hökumətin davamlılığı və siyasi balansı haqqında həlledici mərhələdir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

