Türkiyəli nazir: Müasir dünyada təchizat marşrutları yenidən qurulur
19.10.2026 [20:41]
Orta Dəhlizin mərkəzində yerləşən, Bosfor və Dardanel boğazlarında gəmiçiliyi tənzimləyən, İraqın cənubundan başlayan təchizat marşrutunun formalaşmasına töhfə verən Türkiyə bəyan edir ki, Ankaranın iştirakı olmadan heç bir yeni dəhliz yaradıla bilməz. Hazırda beynəlxalq ictimaiyyətin gündəliyində Orta Dəhlizin və onun tərkib hissələri olan Trans-Xəzər marşrutunun və TRIPP layihəsinin inkişafı, eləcə də “İnkişaf yolu” layihəsinin (Bəsrədən Türkiyə sərhədinə doğru uzanan marşrut – red.) işə salınması və Hicaz dəmir yolunun müasirləşdirilməsi kimi məsələlər var.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada SETA Fondunun “Qlobal nəqliyyatın dəyişən geosiyasəti və “İnkişaf yolu” layihəsi” mövzusunda təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub, Anadolu torpaqları vasitəsilə Qafqazdan Afrikaya yük daşımaları həyata keçirilir.
“Müasir dünyada təchizat marşrutları yenidən qurulur. Yükdaşımaların təkcə maliyyə göstəricilərinə deyil, həm də təhlükəsizliyə, davamlılığa və yüklərin təyinat yerinə çatdırılma müddətinə üstünlük verilir”, – deyə o bildirib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri 2021-ci ildə “Ever Given” konteyner gəmisinin Süveyş kanalını bağlaması nəticəsində yaranan böhranı xatırladıb: “Cəmi bir gəminin kanalı bağlaması yüzlərlə şirkətin yükdaşımaların müddətini yenidən nəzərdən keçirməsinə səbəb oldu. Həmin hadisədən sonra kanalda yaranan sıxlıq isə ticarətin yalnız bir dəniz marşrutundan asılı olmasının yolverilməz olduğunu aydın şəkildə göstərdi”.
Abdulkadir Uraloğlu Yəməndəki husilərin hərəkətləri ilə əlaqədar gəmiçilik üçün yaranan risklərə də diqqət çəkib.“Mövcud təhdidlər səbəbindən bir çox şirkət yüklərin Ümid burnu ətrafından daşınmasına üstünlük verməyə başlayıb. Bu isə yükün çatdırılma müddətinə əlavə 10–15 gün artırır”, – deyə nazir bildirib.
O, Qərblə Rusiya arasındakı ziddiyyətlər səbəbindən Şimal marşrutu üzrə yükdaşımaların da azaldığını qeyd edib.
Orta dəhliz mövzusuna qayıdan Abdulkadir Uraloğlu Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər yeni dəmir yolunun çəkilməsinin əhəmiyyətini vurğulayıb: “Qars–İğdır–Aralıq–Dilucu istiqamətində çəkiləcək 224 kilometrlik dəmir yolu Orta Dəhlizin strateji həlqəsinə çevriləcək. Bu marşrut Türkiyəyə Türk dünyasına gedən ən qısa yolu açacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25

