Erməni “soyqırımı” industriyası siyasi müstəvidə
24.04.2015 [09:58]
2015-ci il aprel ayının 24-ü dünya erməniləri və onların təəssübkeşləri tərəfindən 100 illiyi qeyd olunacaq qondarma erməni “soyqırımı’’ üç müstəvidə nəzərdən keçirilə bilər: tarixi, hüquqi və siyasi. Maraqlıdır ki, erməni “soyqırımı’’ industriyası tarixi müstəvidə təkzibedilməz faktlar və sənədlərlə qarşı-qarşıya gələrək iflasa uğrayırsa, yaxud hüquqi müstəvidə layiq olduğu qiyməti alırsa, siyasi müstəvidə onun bəzi nailiyyətlər əldə etməsi müşahidə olunur. Söhbət bəzi Qərb ölkələrinin erməni iddialarını siyasi səbəblərdən dəstəkləməsindən gedir.
Niyə erməni mifi məhz siyasi müstəvidə dəstəklənir?
Tarix və hüquqdan fərqli olaraq siyasət daha amorf xarakter daşımaqla müəyyən fəaliyyət azadlığını nəzərdə tutur. Səciyyəvi cəhəti budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır.
Müasir dövrdə isə siyasət idarəetmədən daha çox elitaların və psevdoelitaların mürəkkəb iyerarxiyası ilə manipulyasiyalara bənzəyir ki, bu da dəyişkən təbii amillərin və cəmiyyət subyektlərinin əməllərinin, o cümlədən, qeyri-adekvat əməllərin təsiri şəraitində müxtəlif səviyyəli və çoxprofilli siqnalların (stimulların) çoxamilli refleksiyasına tabe etdirilmişdir.
Qeyd olunanlardan belə bir qənaətə gəlmək olar ki, siyasət öz spesifikasından irəli gələrək qondarma erməni “soyqırımı” kimi tarixi faktlara və hüquqi-normativ aktlara zidd etno-mifoloji iddiaları dəstəkləyə bilər. Lakin müəyyən həddə qədər, yəni öz sərhədləri daxilində. Məsələ daha da kəskinləşərək hüquqi müstəviyə keçdikdə isə baxış bucağı dəyişir, populist və emosional xarakterli əsassız deklarasiyalar beynəlxalq hüquq normalarından və ölkə konstitusiyasından irəli gələn qərarlarla təkzib olunaraq öz əhəmiyyətini itirir.
Müasir Qərb cəmiyyətində, xüsusilə də siyasi elitasında dövlət idarəetmə orqanlarının müstəqilliyi demokratiyanın əsas atributlarından hesab olunur. Bu, bir tərəfdən də siyasətçilərə müəyyən məsələlərdə manevr üçün lazım olan imkanı yaradır. Məsələn, erməni əsilli ölkə vətəndaşlarının səslərini qazanmaq üçün erməni “soyqırımı’’ mifini dəstəkləyən qanun layihələri irəli sürülür. Bu layihələr ya parlament səviyyəsində, yaxud da Fransada olduğu kimi, konstitusiya məhkəməsində hüquqi qiymət alaraq iflasa uğrayır. Nəticədə, siyasətçilər lazım olan dəstəyi alırlar, layihənin uğursuzluğu ölkədə idarəetmə strukturlarının müstəqilliyi ilə izah olunur və yeni vədlər verilir. Türkiyə ilə gərginləşmiş münasibətlər öz sabit axarına qayıdır. Ermənistan hökuməti isə öz təbliğat maşınını işə salaraq bu hadisələrin əhəmiyyətini şişirtməklə, əhalinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır.
Son illərdə erməni “soyqırımı’’ industriyasının ən ciddi uğursuzluqları erməni diasporunun daha aktiv fəaliyyət göstərdiyi Mərkəzi Avropa ölkələrində problemə obyektiv hüquqi qiymət verilməsi ilə şərtlənir. Doğu Perinçekin İsveçrədəki konfransda qondarma erməni “soyqırımı’’nı “imperialist yalan’’ adlandırmasından sonra “İsveçrə-Ermənistan’’ assosiasiyası onu məhkəməyə vermişdi. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi diskriminasiyada günahkar bilmişdi. Lakin o öz növbəsində, çıxarılmış məhkəmə qərarı haqqında Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmiş və İsveçrəni söz azadlığını pozmaqda günahlandırmışdı. 17 dekabr 2013-cü il tarixdə AİHM onun şikayətini təmin etmişdi. 2014-cü ildə isə İsveçrə hökuməti bu qərarla əlaqədar apelyasiya vermişdi. 28 yanvar 2015-ci il tarixində keçirilən məhkəmə prosesi İsveçrədə qəbul olunmuş erməni “soyqırımı”nın inkar edilməsinin cinayət məsuliyyəti doğurması haqqındakı qərarın absurdluğunu nümayiş etdirdi. Son qərarın aprelin sonlarında veriləcəyinə baxmayaraq, məhkəmə prosesinin gedişi göstərdi ki, birincisi, erməni “soyqırımı’’nın inkar edilməsinin cinayət məsuliyyəti hesab edilməsi insan haqları və azadlığının, ifadə azadlığı haqqında Avropa konvensiyasının 10-cu məcəlləsinin kobud surətdə pozulmasıdır. İkincisi, Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” adlandırmaq olmaz, çünki bu məsələdə konsensus yoxdur və bu barədə diskussiyalar hələ də davam etməkdədir. Nəhayət, bu məsələ barədə qərarların qəbul edilməsi bu və ya digər ölkənin parlamentinin kompetensiyasına daxil deyil.
Məlum olduğu kimi, 28 fevral 2012-ci ildə Fransanın Konstitusiya Məhkəməsi (Konstitusiya Şurası) erməni “soyqırımı’’nın inkarını kriminallaşdıran qanunu ləğv edib. Qondarma erməni “soyqırımı’’nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu Fransa parlamentinin aşağı palatası - Milli Assambleya 2011-ci ilin sonlarında, yuxarı palata - Senat isə 2012-ci ilin əvvəlində qəbul etmişdi. Qanun erməni “soyqırımı”nı dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyurdu.
Almaniya hökumətinin 22 yanvar 2015-ci il tarixli bəyanatı dünya erməniləri üçün bir növ “soyuq duş” təsiri yaratdı. Almaniya parlamentinin üç deputatı hökumətə aşağıdakı suallarla müraciət etmişdilər: “1915-ci il hadisələri soyqırımı kimi nəzərdən keçiriləcəkmi? Bu hadisələrin 100 illiyi ilə bağlı hər hansı bir tədbir həyata keçiriləcəkmi?’’. Almaniya hökumətinin suala cavabı kifayət qədər birmənalı olub: “1948-ci ildə BMT Baş Assambleyasının soyqırımı haqda xəbərdarlıq və ona görə cəza bəyannaməsini qəbul etməsinədək baş vermiş hadisələr soyqırımı kimi qiymətləndirilə bilməz. Soyqırımı haqqında tezislər elmi araşdırmaların mövzusudur. Bu elmi diskussiyalarda tərəflər isə Türkiyə və Ermənistan olmalı, məhz onlar birgə tədqiqat qrupları yaratmalıdırlar’’. Hökumətin bəyanatında o da bildirilirdi ki, “həmin hadisələrin 100-cü ildönümü ilə bağlı heç bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb”.
Hadisələrin belə gedişi göstərir ki, Ermənistan hökumətinin və xüsusilə diasporunun böyük səylərinə baxmayaraq, erməni “soyqırımı’’ industriyası öz “kredit limitini’’ sürətlə tükətmək üzrədir. Artıq kifayət sayda siyasi deklarasiyalar qəbul olunmuş və hüquqi qiymətini almışdır, bu məqsədlə külli miqdarda vəsaitlər sərf olunmuşdur. Dünya ermənilərinin böyük səylə hazırlaşdıqları qondarma “soyqırımı’’nın 100 illiyi isə, sadəcə, tarixi xronologiya ilə şərtlənən psixoloji hədd nöqtəsi olmaqla dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün son bir şansdır. Son illərdə Ermənistanın siyasi nüfuzunun xeyli azalması, hətta erməni mifini müəyyən səviyyələrdə dəstəkləyən dövlətlərin rəhbərlərinin böyük erməni şousunda iştirakını şübhə altına alır. Belə görünür ki, qonşu xalqlara qarşı əsassız nifrət və ərazi iddialarını özünün əsas ideoloji oriyentirinə çevirmiş ermənilər bu siyasətin uğursuzluğunu bütün ağırlığı ilə öz üzərlərində hiss etməkdədirlər.
Bədəl Əhmədov,
Sosiologiya üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

