Nikol Paşinyan çıxılmaz vəziyyətdə: etirazlar şiddətlənir
27.12.2019 [10:07]
Ermənistan mətbuatı yazır ki, bu ölkənin baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətdədir, ona qarşı etirazlar şiddətlənir. N.Paşinyan verdiyi heç bir vədi yerinə yetirmədiyi barədə səslənən ittihamları ört-basdır etmək üçün isə Ermənistanda həbslərin və təzyiqlərin yeni dalğasına start verib. “News.am” yazır ki, bir neçə gün öncə “5-ci kanal”ın sahibi Armen Tavadyan həsb olunub. Yerli ekspertlər son günlər tərəfdarlarının aktivləşməsi müşahidə edilən eks-prezident R.Koçaryana yaxınlığı ilə seçilən televiziya rəhbərinin həbsini sabiq prezidentin təbliği ilə məşğul olan media ruporlarının sıradan çıxarılması kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, bu günlərdə N.Paşinyan ölkə mediasının onun hökumətinə çoxsaylı problem yaratdığını dilə gətirib.
Sayt xatırladır ki, dekabrın 25-də R.Koçaryanın tərəfdarlarının Yerevanda xüsusi toplantısı keçirilib. Oğlu Levonun tədbir iştirakçılarına oxuduğu müraciətdə R.Koçaryanın “siyasi mübarizənin yeni mərhələsinin başlanması”nı elan etməsi Paşinyan hakimiyyəti üçün artıq ciddi siqnal hesab olunur.
Bunlarla yanaşı, “Aysor.am”ın xəbərinə görə, müharibədə ölən hərbçilərin anaları “Yerablur” hərbi qəbiristanlığında etiraz aksiyası keçiriblər. Onların əsas tələbi hökumətin 1-2 mart hadisələri zamanı öldürülən şəxslərin ailələrinə 30 milyon dram məbləğində birdəfəlik ödəmə ayrılması qərarının bütün ölən hərbçilərin ailələrinə şamil olunmasıdır.
Son dövrlərdə siyasi fəallıq nümayiş etdirən millətçi “Daşnaksutyun” partiyası isə hüquq-mühafizə orqanlarından narazılığını dilə gətirib. Təşkilatın gənclər birliyi Yerevan Dövlət Universitetinin tələbə şurasının sədri David Apoyana qarşı polisin güc tətbiqini pisləyən bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, bu hərəkətlər tələbə və gənclər arasında qorxu ab-havası yaratmaq məqsədi daşıyır, cəmiyyətdə hakimiyyətin siyasətinə və fəaliyyətinə qarşı artan narazılığın qarşısını almaq cəhdidir.
Dünənə qədər N.Paşinyanı dəstəkləyən şovinist terror təşkilatının əsasında yaradılan “Sasna tsrer” ümumerməni partiyasının katibliyi də Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyini tənqid edən açıqlama yayıb. “Epress.am” saytı yazır ki, partiya rəhbərliyinin narahatlığı təhlükəsizlik şurasının dekabrın 23-də keçirilən iclasında aparılan müzakirələr və N.Paşinyanın səsləndirdiyi ifadələrdən yaranıb: “Gah Qarabağı Ermənistan hesab edən, gah da onun adından danışmaq hüququ olmadığını bəyan edən N.Paşinyanın şuranın iclasında keçmiş müdafiə naziri Seyran Ohanyanın kadrı, bədnam general Samvel Karapetyanla məsələni müzakirə etməsi göstərir ki, N.Paşinyan “ziddiyyətlər bataqlığı”na qərq olub”.
“lenta.ru” saytında yer alan “Məxməri qətiyyətsizlər” sərlövhəli araşdırma yazısında isə N.Paşinyanın hakimiyyətə gəldiyi dövrdən 1 il yarım keçməsinə baxmayaraq, müsbət yöndə heç bir iş görmədiyi, ictimai, siyasi və sosial sahədə narazılıqların məhz bu səbəblərdən qaynaqlandığı qeyd olunur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

