/ / “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” adlı toplu işıq üzü görüb
“Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” adlı toplu işıq üzü görüb
30.11.2013 [11:03]
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş bu topludakı sənədlər həmin dövrdə xalqımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirir
XIX əsrin əvvəllərində Qafqazın Çar Rusiyası tərəfindən işğalından sonra təxminən iki əsr ərzində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma torpaqlarından qovularaq kütləvi qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb.
SSRİ Nazirlər Sovetinin İ.Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları da xalqımıza qarşı növbəti tarixi cinayət aktı olub. Sözügedən qərarlar əsasında 1948-1953-cü illərdə yüz mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından könüllülük adı ilə kütləvi surətdə və zorakılıqla sürgün olunublar. Bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilib, minlərə insan, o cümlədən, qocalar və uşaqlar ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək məhv olublar.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” adlı topludakı sənədlər həmin dövrdə xalqımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirir.
Qeyd edək ki, topluda 1948-1953-cü illərdə yüz mindən çox azərbaycanlının Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə deportasiyasına dair faktlar göstərilib, hadisələrin tarixi xronikası verilib. Bundan başqa, topluda xüsusi qeydlər və coğrafi adların göstəriciləri də yer alıb, həmçinin, istifadə edilmiş arxiv fondlarının siyahısı verilib.
Toplu, bütövlükdə, fundamental araşdırmaların yer aldığı mühüm mənbə kimi çıxış edir və müstəqil araşdırmaçılar, tarixçilər, siyasətşünaslar, eləcə də, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59

