/ / Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib
13.12.2016 [09:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq Prezidenti Recep Meydaninin, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin və Moldovanın sabiq Prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qonaqları salamlayaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım tədbirində iştiraklarına görə onlara minnətdarlığını bildirib.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin deyib: “Cənab Prezident, bu, bizim üçün böyük şərəfdir. Bu, Sizin atanız böyük şəxsiyyət, sözün əsl mənasında, Ümummilli lider Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramın təzahürüdür”.
Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa qeyd edib ki, biz bu gün Azərbaycan xalqının Ümummilli lideri və müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günündə Sizinlə və xalqınızla birlikdəyik. Ulu öndərin xatirəsinə dərin ehtiramını bildirən xanım Vayra Vike-Freyberqa Heydər Əliyevin böyük təcrübəyə malik lider olduğunu deyib.
Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakıya səfəri zamanı Ulu öndərlə görüşlərini məmnunluqla xatırlayıb.
Ulu öndərlə bağlı dərin xatirələrə malik olduğunu deyən Moldovanın sabiq Prezidenti Petru Luçinski Onun böyük şəxsiyyət kimi Azərbaycanın müstəqilliyinin təmin olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayaraq Azərbaycanın bugünkü inkişafının və firavanlığının əldə olunmasında Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd edib.
Prezident İlham Əliyev deyib: “Ulu öndər Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb. Məhz Onun yorulmaz səyləri nəticəsində ölkəmiz əsl müstəqillik əldə edib. O, xalqımızın Ümummilli lideri kimi Sovet sistemindən müstəqilliyə keçid dövrünü təmin etmişdir. Ulu öndər Heydər Əliyev sovet rəhbərliyində çalışan zaman o vaxtkı Kommunist Partiyasının rəhbərliyini açıq şəkildə ittiham edən ilk insanlardan biri olmuşdur. Bu, hələ Sovet İttifaqı dağılmamışdan iki il qabaq baş vermişdi. O, hələ 1990-cı ildə Azərbaycanın müstəqilliyinin zəruriliyini bəyan edən ilk insanlardan idi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda yüzdən artıq günahsız adamın həlak olması ilə nəticələnən Qanlı Yanvar hadisələrini törədən zaman O, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mən də Onunla bir yerdə idim. Orada xeyli sayda azərbaycanlılar toplaşmışdılar və onlar Heydər Əliyevə böyük dəstək nümayiş etdirdilər. Heydər Əliyev orada Qanlı Yanvar hadisələrinə görə SSRİ-nin siyasi rəhbərliyini kəskin şəkildə ittiham etdi və bundan sonra Kommunist Partiyası sıralarından çıxdı. O zaman Heydər Əliyev işləmirdi, təqaüddə idi, sovet rəhbərliyi Ona qarşı böyük təbliğat kampaniyasına başlamışdı, Ona təzyiqlər edir, hətta həbs etmək istəyirdilər. Belə çətin şəraitdə Bakıya gəlmək qərarı verdi. Bakıda minlərlə insan Onun ətrafına toplaşır və Ona öz dəstəklərini göstərirdilər. Bundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi Ona Bakıda da ciddi təzyiqlər göstərməyə başladılar. Heydər Əliyev doğulduğu Naxçıvan şəhərinə getdi”.
Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xalq tərəfindən Heydər Əliyevin Naxçıvanın Ali Sovetinin Sədri seçildiyini vurğulayıb və hələ 1990-cı ildə Azərbaycanın ilk demokratik respublikasının bayrağını dövlət bayrağı kimi qaldırdığını və bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət etdiyini deyib. Dövlətimizin başçısı 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumun o vaxt Naxçıvan tərəfindən boykot edildiyini də deyib. Prezident İlham Əliyev daha sonra bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə vətəndaş müharibəsinin qarşısı alınıb, sabitlik və əmin-amanlıq təmin edilib və yeni inkişafın başlanğıcı qoyulub. Dövlətimizin başçısı Ulu öndərin müasir Azərbaycanın dövlət quruculuğunda müstəsna xidmətlərinin xalq tərəfindən daim ehtiramla xatırlandığını deyib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

