/ / Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müxtəlif ölkələrin din xadimləri ilə görüşüb
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müxtəlif ölkələrin din xadimləri ilə görüşüb
07.07.2009 [10:43]
Azərbaycanda səfərdə olan müxtəlif ölkələrin din xadimləri dünən Heydər Əliyev Fondunda olublar.
Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdiyi hədiyyələrlə, Ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar. Ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırıb.
Məlumat verilib ki, ümummilli lider Heydər Əliyev iqtisadi rifahın, sosial-mədəni irəliləyişlərin, müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə uğurlu inkişafı üçün zəruri zəminlər yaradıb.
Din xadimləri Heydər Əliyev Fondunun görkəmli siyasi xadimin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti ilə bağlı apardığı işləri yüksək qiymətləndiriblər.
Fondla tanışlıqdan sonra qurumun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qonaqlarla görüşüb. Mehriban xanım Əliyeva onları ölkəmizdə və Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun olduğunu bildirib.
Qurumun prezidenti Fondun artıq beş ildir ki, fəaliyyət göstərdiyini və onun yaranma ideyasının dahi şəxsiyyət Heydər Əliyevə məxsus olduğunu söyləyib. Mehriban xanım Əliyeva vurğulayıb ki, Fond yaranan gündən ümummilli liderin həyatının ən başlıca amalı olan Azərbaycana xidmət etməyi qarşısına əsas məqsəd kimi qoyub. Qurum təhsil, səhiyyə, mədəniyyət, elm, gənclərə yardım və bir çox sahələrdə müxtəlif layihələr həyata keçirir.
Mehriban xanım əlavə edib ki, Fondun ünvanına daxil olan məktubların heç biri cavabsız qalmır. Fondun əsas vəzifəsi insanlara və ilk növbədə köməyə ehtiyacı olanlara xidmət etməkdir.
Qurumun prezidenti Azərbaycanda həmişə dini dözümlülüyün olduğunu qeyd edərək, yarandığı gündən Fondun tolerantlığın qorunmasına istiqamətlənən layihələrə böyük önəm verdiyini vurğulayıb. Mehriban xanım Əliyeva bildirib ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ölkədə məscidlər tikilir. Fond pravoslav və katolik kilsələrinə də lazımi yardımı göstərir.
Dini dözümlülüyün əsas məqsədlərimizdən biri olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Təzəpir məscid kompleksinin açılışında iştirak etmək üçün Bakıya gəlmiş din xadimlərinin gözəl paytaxtımızla yaxından tanış olacaqlarına ümidvar olduğunu bildirib. Mehriban xanım Əliyeva inamın ürəklərdə yaşadığını deyərək, məscidin açılışını xoş hadisə kimi dəyərləndirib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

