Nüvədi kəndi ermənilərə 1929-cu ildə verilibdir. Qədim, çox böyük ənənələri olan kənddir
13.12.2021 [17:16]
Ulu Öndər Heydər Əliyev Zəngəzur haqqında
44 günlük Vətən müharibəsi bir çox tarixi faktların üzərinə bir daha işıq saldı. Hələ Sovet İttifaqı dövründə qədim Azərbaycan torpaqlarının - Zəngəzurun, Göyçənin və digər regionların Ermənistana verilməsi nəticəsində Naxçıvanla Azərbaycanın əsas hissəsi ayrı düşdü. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyi və qətiyyəti sayəsində reallaşmaq üzrə olan Zəngəzur dəhlizi məhz qədim Azərbaycan torpaqlarından keçəcək. Bunu tarix sübut edir.
Ulu öndər Heydər Əliyev bir neçə il öncə çıxışlarının birində Zəngəzur və Naxçıvanın bir hissəsinin Ermənistana verilməsi ilə bağlı məsələlərə toxunaraq işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edib və bir çoxları üçün sensasiya sayıla biləcək faktları açıqlayıb. Ulu öndər qədim Azərbaycan yurdu Zəngəzurun Ermənistana birləşdirilməsi məsələsindən bəhs açaraq bildirib: “Mehri rayonunda böyük Nüvədi kəndi var. Çoxminlik əhalisi olan bir kənddir. Sırf azərbaycanlıların kəndidir, Arazın qırağında, indi Ermənistanın olan Mehri rayonun Naxçıvanla Azərbaycanın böyük torpağı arasındakı ərazində yerləşir. Həmən bu Nüvədi kəndi ermənilərə 1929-cu ildə verilibdir. Qədim, çox böyük ənənələri olan kənddir. Nüvədi kəndinin əhalisi də çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, mənim xatirimdədir, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları ordan çıxarda da bilmirdilər. Sonra onlar bir neçə dəfə Naxçıvana gəldilər mənim yanıma, məndən imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, mən vertolyot vasitəsilə – onda bizim bu imkanımız vardı – bir neçə dəfə Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, o nüvədililərin yanına nümayəndələr göndərdim, müəyyən yardımlar göndərdim. Onlarla əlaqə saxlayırdıq.
Yəni təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa ərazilərindən də torpaqlar sonrakı dövrlərdə (sovet hakimiyyətinin qurulmasından sonra – red.) təəssüflər olsun ki, əldən gedibdir. İndi bizi Naxçıvandan ayıran – dəmir yolu ilə 40-46 km məsafə, Ermənistanı İrana bağlayan məsafə – hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi. Biz xəritələrə baxdıq dünən, o məsafə təxminən 10 km olubdur! Amma sonra o tərəfdən – Naxçıvana daxil olan kəndlər alınıb, bu tərəfdən, yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu – torpaqlar, kəndlər alıb, Ermənistana qataraq 10 km-lik məsafəni indi 46 kim ediblər".
Bu fakt bir daha onu təsdiqləyir ki, Ermənistan sovet dövründə qeyri-qanuni olaraq kəndlərimizi, obalarımızı işğal edib, mənimsəyib. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 10-da keçirilən Zəfər paradında çıxışında da bildirmişdi: "Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır".
Azərbaycan 30 ilə yaxın davam etmiş işğal faktını, tarixi torpaqlarımızın, sərhədlərimizin Ermənistan tərəfindən təcavüzə məruz qalması faktını aradan qaldırmaqla həm də tarixi ədaləti bərpa edir!
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

