Bakının kənd və qəsəbələrində geniş yenidənqurma işləri aparılır
23.08.2011 [10:42]
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən quruculuq və abadlıq işləri Bakı şəhərinin bütün kəndlərini əhatə etməkdədir. Dövlət başçısının mart ayından başlayaraq paytaxtın şəhərətrafı qəsəbələrinin inkişaf etdirilməsi, bütün növ ən modern texnologiyalarla təmin edilməsi ilə bağlı həyata keçirdiyi sistemli tədbirlər öz mühüm bəhrələrini verir. Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından ötən müddət ərzində əhəmiyyətli işlər görülüb, kənd və qəsəbələrin bir çoxunda infrastruktur və kommunal xidmət sahələri tamamilə yenilənib.
Dövlət başçısı proqramın icra vəziyyəti ilə tanış olmaq və qarşıya qoyulmuş vəzifələrlə bağlı davamlı olaraq paytaxtın qəsəbə və kəndlərinə səfər etməkdədir. ötən dövrdə Xəzər, Sabunçu, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Nizami, Xətai və digər rayonların qəsəbə və kəndlərinə baş çəkən Prezident İlham Əliyev burada yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər sosial infrastruktur və kommunal sahələrin vəziyyəti ilə tanış olub, müvafiq göstərişlərini verib.
Prezident İlham Əliyevin mütəmadi olaraq davamlı xarakter alan bu səfərlərin Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı istər Bakı kəndləri olsun, istərsə də regionlardakı kənd və qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.
Son aylar dövlət başçısının bu səfərlərinin yekunu olaraq bir neçə kənd və qəsəbənin sosial infrastruktur obyektinin inşası, nəqliyyat kompleksinin yenidən qurulması və digər tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlər ayrılıb. Prezidentin qəsəbə və kəndlərə səfərləri ölkə vətəndaşlarının sosial vəziyyəti, onların arzu və istəkləri, qayğıları ilə tanış olmaq baxımından mühüm fayda verməkdədir. Prezident hər bir vətəndaşla, sosial təbəqənin üzvü ilə birbaşa sıx ünsiyyət quraraq onların hər bir probleminə həssas yanaşır, çatışmazlıqların aradan qaldırılması yollarını müzakirə edir, lazımi tövsiyələrini verir. Cəmiyyətin hər bir təbəqəsinin sosial şəraiti ilə maraqlanan, açıq fikir mübadiləsi yürüdən dövlət başçısının bu addımları insanlara olan səmimiyyətinin, doğma münasibətinin, vətəndaşların hər bir istək və arzusunun yerinə yetirilməsi üçün bütün səylərini əsirgəmədiyinin bariz nümunəsidir.
Bu günlərdə Xəzər rayonunun Şağan qəsəbəsində olan Prezident İlham Əliyev Dövlət Proqramı çərçivəsində görülən işlərin mühüm əhəmiyyətinə toxunub, qısa müddət ərzində xeyli irəliləyişlərin əldə olunduğunu diqqətə çatıdırıb. “Bizim bütün təşəbbüslərimiz, qəbul edilmiş qərarlar, proqramlar, müşavirələr konkret xarakter daşıyır və orada müzakirə edilən məsələlər, verilən tapşırıqlar tezliklə icra edilməyə başlamışdır” deyən dövlət başçısı Bakıətrafı qəsəbələrin və kəndlərin hazırda böyük quruculuq-abadlıq mərkəzinə çevrildiyini bildirib. Prezident İlham Əliyev bütün qəsəbələrdə sürətli iş getdiyini xatırladaraq yaxın 2 il ərzində buradakı problemlərin birdəfəlik həll ediləcəyini diqqətə çatdırıb: “Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər, bəlkə ondan əvvəl bütün məsələlər həll olunacaqdır. Şağan qəsəbəsinin timsalında görürük ki, bu işləri biz bir neçə ay ərzində icra edə bilmişik...ölkəmiz bu cür inkişaf edir. ölkənin inkişafı hər bir qəsəbənin inkişafından asılıdır. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, əgər hər bir kəndin, qəsəbənin problemi həll olunarsa, ölkənin bütün problemləri həll olunar”.
Prezident İlham Əliyevin bəyan etdiyi aparılan bu işlər sayəsində Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapacaq. Paytaxtın qəsəbələrinin ən qabaqcıl və modern infrastrukturla təmin edilməsi ilə yanaşı, iqtisadi imkanlarının və mövcud potensialının səfərbər olunması, yeni müəssisələrin tikintisi, iş adamları üçün əlavə şərait yaradılması və onlara güzəştli şərtlərlə kreditlərin verilməsi və digər məsələlər də proqramın strateji hədəflərini təşkil edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

