Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib

Prezident İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib

22.09.2011 [09:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib.
Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov Prezident Georgi Pırvanovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi qeyd edilib, iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun ölkəmizə səfərinin iqtisadi sahədə əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğu bildirilib.
Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Bolqarıstanın dövlət başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30