“ING Group”un yeni proqnozu...
12.09.2024 [09:37]
Azərbaycanda inflyasiya 3 il ərzində birrəqəmli olacaq
Niderlandın “ING Group” analitik tədqiqat şirkəti Azərbaycanda orta illik inflyasiya ilə bağlı yenilənmiş proqnozunu dərc edib. Gözləntilərə əsasən, 2024-cü ildə ölkəmizdə orta illik inflyasiyan 2,2 faiz, 2025-ci ildə 4,7 faiz, 2026-cı ildə isə 4,5 faiz səviyyəsində proqnozlaşdırılır. “ING Group”un cari il üzrə qiymət indekslərinə baxışı faktiki olaraq Azərbaycanın rəsmi statistikasına daha çox yaxındır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2,7 faiz artıb.
Digər institutların proqnozları da nikbindir...
Bu rəqəmlər digər beynəlxalq iqtisadi institutların proqnozlarına çox yaxındır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 2,9 faiz səviyyəsində proqnozlaşdırıldığı, 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.
Azərbaycan hökumətinin 2024-cü ildə inflyasiya gözləntiləri ilə bağlı proqnozu “İNG” lə demək olar ki, eynilik təşkil edir. İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, qiymət indeksi 2024-cü ildə 5,3 faiz, 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib.
Dünyada geosiyasi və geoiqtisadi risklər inflyasiya təzyiqi yaradır...
Ancaq hökumət birrəqəmli inflyasiya çərçivəsinə arxayın olmayaraq, qiymət indeksinə təsir edən daxili və xarici faktorları, o cümlədən anti-inflyasiya tədbirlərini prioritet kimi diqqətdə saxlayacaq. Mərkəzi Bankın bəyanatından da görünür ki, 2024-cü il ərzində hökumətin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə olunacaq. MB bazarın olduqca əlverişliliyini, heç bir risk faktorlarının olmadığını nəzərə alaraq uçot dərəcəsini sabit saxlasa da, ehtiyatlılığı da əldən vermir. Belə ki, istehlak qiymətləri indeksinin müəyyənləşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri xüsusi olaraq nəzarətdə saxlanılır. Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiaysi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər.
Ona görə də, hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və anti-inflyasiya tədbirləri 2023-cü ildə strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2024-2025-ci illərdə də əsas hədəf prioriteti kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenəd də işə koordinasiya ediləcək.
“ING Group”un iqtisadi artım proqnozu da ümidvericidir...
Qeyd edək ki, “ING Group” 2024-cü ildə qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnozunda Azərbaycan iqtisadiyyatını sabit və inkişaf edən və iqtisadi artımın ümidverici olduğunu əks etdirən göstəriclər əsasında xarakterizə edib. Şirkətin tədqiqat qrupunun rəyinə görə, ölkəmizdə 2024-cü il üzrə iqtisadi artım proqnozunu 3,8 faiz nisbətində müəyyənləşdirib ki, bu da orta dünya göstəricisindən 0,5-1 faiz-bənd yüksəkdir. Şirkət 2025-ci ildə ölkəmizdə artım dinamikasının 2,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırır.
“ING Group”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz göstəriciləri Azərbaycan hökumətinin cari və yaxın 3 illik inkişaf ssenarilərinə uyğundur. Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ÜDM real ifadədə 2,4 faiz artaraq 118,4 milyard 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz təşkil edəcək. Qeyri-neft ÜDM-i isə 2024-cü ildə 4,6 faiz, 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 4,9 faiz, 2027-ci ildə isə 5 faizə bərabər olacaq.
Elbrus
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

