/ / Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
20.02.2020 [09:17]
Fevralın 19-da Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ADA Universitetində Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri, bir sıra dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı hədəflərindən danışan Energetika nazirinin müavini Elnur Soltanov elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafının Azərbaycan Prezidentinin energetika sektorunda islahatlar kursunun əsas məqsədlərindən biri olduğunu deyib.
“2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payının hazırkı 17 faizdən 30 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə ilk uğurlu addım “ACWA Power” və “Masdar” şirkətləri ilə 440 meqavat gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur”, - deyə o bildirib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev isə qeyd edib ki, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi bu gün aktual məsələlərdəndir və nazirlik atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı işləri dəstəkləyir: “Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 8 faizdən bir qədər çoxdur. Bu göstəriciləri daha da artıra, ekoloji və enerji təhlükəsizliyinə töhfə verə bilərik. Nazirlik bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıdır və bu mənbələrin ətraf mühitə mənfi təsiri yoxdur”.
Sonra Energetika Nazirliyinin Azərbaycanda bərpaolunan enerji sektorunun inkişaf strategiyasına dair təqdimatı dinlənilib. Energetika Nazirliyinin nümayəndəsi Cahid Mikayıloğlu bərpaolunan enerji potensialı, institusional mühit, dəstək mexanizmləri, hərracların keçirilməsi prosesi və icra müqavilələrinin hazırlanması barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 26 min 940 meqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23 min 40 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. 440 meqavatlıq pilot layihələrdən sonra hərracların keçirilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələri zonaları üzrə hərracların keçirilməsi məqsədilə seçilmiş ərazilərdə bərpa olunan enerji mənbələri potensialının ölçülməsi, torpaqların təyinatının müəyyənləşdirilməsi və hərrac üçün uyğunlaşdırılması, ilkin ekoloji və sosial qiymətləndirmənin, geoloji tədqiqatların aparılması, elektrik enerjisi infrastrukturunun qiymətləndirilməsi, elektrik enerjisinin satınalınması, qoşulma müqavilələrinin hazırlanması işləri görülməkdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə təqdimatında iqlim dəyişikliklərinin bərpaolunan enerji sahəsinə təsirlərindən bəhs edib: “Azərbaycanda müasir iqlim dəyişmələrinin son 30 ildə təzahürlərinin müxtəlif iqlim indeksləri üzrə qiymətləndirilməsi məqsədi Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən tövsiyə olunub. Əvvəlki tədqiqatlarda daha çox orta aylıq və orta illik göstəricilər üzərində araşdırmalar aparılırdısa, “ClimPact” modelinin tətbiqi ilə gündəlik meteoroloji göstəricilərdən istifadə etməklə 40 iqlim indeksi üzrə daha dəqiq araşdırmaların aparılması imkanı yarandı. Bu da iqlim dəyişikliklərinin müxtəlif sahələrə, o cümlədən alternativ energetika sahəsinə mümkün təsirlərinin qiymətləndirilməsində, eyni zamanda, iqlimin inertliyini nəzərə alaraq yaxın onilliklərə olan dövr üçün gözlənilən tendensiya haqqında daha real təxminlərin verilməsində mühüm rol oynayacaq”.
“ACWA Power” şirkətinin nümayəndəsi Ashish Rajan dünyada külək enerjisindən istifadə üzrə tendensiyalar, külək enerjisi qurğuları, onların iş prinsipləri, külək enerjisindən istifadənin ekoloji aspektləri barədə fikirlərini diqqətə çatdırıb.
“Masdar” şirkətinin nümayəndəsi Arsun Rajagopal isə günəş enerjisi texnologiyalarının qlobal tendensiyaları və perspektivləri, günəş enerjisi qurğularının texniki aspektləri, bu enerjidən istifadənin ətraf mühitə təsirindən danışıb.
Tədbirdə “ACWA Power” və “Masdar” şirkətlərinin təqdimatları olub.
Xəbər lenti
Hamısına baxDünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33

