Astaranın Ərçivan qəsəbəsində yeni sitrus meyvə bağı salınır
05.05.2021 [19:48]
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Astara rayonunda kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı, o cümlədən intensiv bağçılıq təsərrüfatının yaradılması, çəltik dəyirmanın tikintisi, sitrus bağlarının salınması, çəltikçiliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Proqramının icrası ilə bağlı son illər Astarada fərdi təsərrüfatlar istisna olunmaqla, fermerlər və sahibkarlar tərəfindən yeni innovativ üsulların tətbiqi ilə 200 hektar intensiv subtropik və sitrus meyvə bağı salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbəsində “İMANNA” MMC tərəfindən yeni sitrus bağı salınır.
Ümumi sahəsi 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb. Hazırda türkiyəli mütəxəssislərin iştirakı ilə təsərrüfatda 10 hektar sahədə “Miaqava” sortu yapon naringi tinglərin ən yeni üsullarla əkini, müasir suvarma sistemlərinin qurulması davam edir.
Bundan başqa. “İMANNA” MMC-nin rayonda sutkalıq gücü 40 ton olan çəltik dəyirmanı, 34 hektar çəltik sahəsi var.
Rayon rəhbərliyi təsərrüfatda görülən işlərlə yerində tanış olub, sahibkarın problemləri ilə maraqlanıb tövsiyələrini verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Dövlət Proqramının icrası ilə əlaqədar Astara rayonu üçün xarakterik olan kənd təsərrüfatı sahələrinin, əsasən subtropik və sitrus meyvə bağlarının sahəsi son illər xeyli genişləndirilib, yeni bağlar salınıb.
Sitrusçuluğun inkişaf etdirilməsinə təsir edən əsas amillərdən biri fermer və sahibkarlara güzəştli qaydalarla gübrələrin verilməsi və subsidiyaların tətbiq edilməsidir. Təkcə ötən il rayonda fermer və sahibkarlara güzəştli şərtlərlə 350 ton gübrə verilib, 483 min 261 manat subsidiya ödənilib.
Diqqətə çatdırılıb ki, aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilib, yeni subsidiya mexanizminin tətbiqinə başlanılıb.
Yeni qaydalara əsasən, 2021-ci ildə salınacaq yeni intensiv limon bağlarının hər hektarı üçün 11000 manat, portağal və naringi bağlarına 9000 manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

