Dünyada neftə tələbat necə dəyişir?
15.12.2023 [11:00]
Dünyada müşahidə edilən geosiyasi gərginliklər fonunda qlobal iqtisadiyyat üçün şərtlər çətinləşib. İndiki reallıqlar fonunda milli səviyyələrdə iqtisadiyyatların rəqabətqabiliyyətliliyini itirməmələri qlobal bazarlara çıxarılan neft məhsullarının həcmindən və qiymətlərindən daha çox asılıdır. Rusiya-Ukrayna müharibəsi səbəbindən əsas enerji daşıyıcıları üzrə ənənəvi təchizat-satış mexanizmlərinin pozulması təhdidləri daha da artırır. Bu mənada, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qurumda birləşən ölkələr üzrə neft istehsalının və qiymətlərin tənzimlənməsi, həmçinin təşkilatın müxtəlif dövrlər üçün verdiyi proqnozlar və onların əsaslandırılması böyük aktuallıq daşıyır. Bu proqnozlar bütün dünyada diqqətlə izlənilir və nəzərə alınır. Təşkilat 2023-2024-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Yeni proqnozlarda dünyadakı hazırkı reallıqlar əsas götürülüb.
Gündəlik qlobal tələbat üzrə dəyişməyən proqnozlar
Qlobal miqyasda cərəyan edən proseslərə istinad edən OPEC 2023-2024-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib. Təşkilatın yaydığı aylıq hesabatında yer alan məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 102,11 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da öncəki proqnoz göstəricisinə bərabərdir. 2023-cü ildə neft tələbatının artım tempi 2,46 mln. barel səviyyəsində dəyərləndirilir (proqnoz dəyişməyib).
Hesabata əsasən, OPEC gələn il üçün qlobal neft tələbatının 104,36 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır. Bu 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir (proqnoz dəyişməyib). Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib. Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı isə 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə isə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel səviyyəsində idi.
Azərbaycanın OPEC plus platformasında fəal əməkdaşlığı
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola və Ekvatorial Qvineya da qoşulub. Hazırda OPEC 13 üzv dövləti özündə birləşdirir.
Daha sonralar isə qurumun OPEC plus formatı formalaşıb. Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan bəhs olunan formatda yer alırlar. OPEC plus əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Həmin vaxtdan etibarən respublikamız qlobal enerji dialoqlarında fəal iştirak edir və üzərinə götürdüyü öhdəliklərə həmişə sadiq qalır. Respublikamızın müvafiq qurumu - Energetika Nazirliyi Vyana sazişi qüvvəyə mindiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq Azərbaycanın gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edir. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
Qurumla mütəmadi olaraq koordinasiyalı fəaliyyət həyata keçirən Azərbaycan, həmçinin OPEC-in tədbirlərinə də məmnuniyyətlə ev sahibliyi edir. 2019-cu il martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.
OPEC-in Azərbaycanla bağlı proqnozları da mütəmadi olaraq yenilənir. Qurum 2023-cü il üçün ölkəmizdə neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu azaltsa da, 2024-cü il üçün dəyişməyib. Təşkilat ekspertləri 2023-cü ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağını proqnozlaşdırırlar. Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır. Son hesabatlara əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0,7 milyon barel səviyyəsində qalacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

