Mədəni sərvətlərimizlə bağlı dəyişiklik...
08.04.2025 [08:12]
Vahid qaydada pasport veriləcək!
Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bu baxımdan hər bir Azərbaycan vətəndaşının ölkəmizin zəngin irsinə həssas yanaşması vacibdir. Çünki biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.
Tariximiz təhrik edilirdi...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən tarixçi-alim Faiq Ələkbərli bildirib ki, 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində Azərbaycan xalqının tarixinə, adət-ənənələrinə, mədəniyyətinə və elminə yeni bir baxış formalaşdırılıb. Onun sözlərinə görə, bu, milli bir baxış sayılır: “Yəni tariximizi, ədəbiyyatımızı, fəlsəfəmizi və milli mədəniyyətimizi özümüzə məxsus şəkildə ortaya qoymalıyıq. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasından Azərbaycan Respublikasının bərpasına qədərki dövrdə xeyli problemlər yaşadıq. Əlbəttə, Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra ilk dövrlərdə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız müəyyən mənada təbliğ edilirdi. Ancaq bilirdik ki, bu təbliğat qismən yerinə yetirilir. 1930-cu illərdə ümumiyyətlə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə uyğun gəlməyən Sovet imperializmi meydana gəldi. Sovet imperializmi xalqımızın tarixini, mədəniyyətini və elmini də məhz imperiya ruhuna uyğun olaraq təqdim edirdi. İstər orta, istər ali məktəblərdə və digər müəssisələrdə tariximiz, mədəniyyətimiz tamamilə təhrik edilmiş bir şəkildə ifadə olunurdu”.
Dövlətçiliyimiz bir addım öndə olmalıdır...
F.Ələkbərli qeyd edib ki, elm-mədəniyyət və dövlətçilik tarixi ilə bağlı məsələlər bütöv olmalıdır: “Əslində, elm və mədəniyyətimizlə dövlətçiliyimizi uzlaşdırmalıyıq. Yəni nə olursa olsun, Azərbaycanın dövlətçiliyi hər zaman bir addım öndə olmalıdır. Hesab edirəm ki, bu sahədə yeni bir nəsil yetişir. Hansı ki, həmin nəsil harada yaşamasından asılı olmayaraq, milli ruh və düşüncə həmin soydaşlarımız üçün mühüm əhəmiyyət kəsb edir”.
Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
Dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimizin təbliğindən söz açmışkən mühüm bir məqamı qeyd etmək yerinə düşər. Ötən gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə edilib.
Dəyişikliyə əsasən, mədəni sərvətlərə vahid qaydada pasport veriləcək. Layihəyə görə, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, dövlət mühafizəsinə götürülən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq ölkəmizdə 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb. Ölkə başçısının 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər. Həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.
Bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır. Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.
Bildirilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda nəzərdə tutulan dəyişiklik də məhz Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

