Aqrar sektorun gəlirli sahələrindən olan meyvəçiliyin inkişafı diqqət mərkəzindədir
23.05.2020 [13:31]
Bölgələrdə fermerlər tərəfindən yeni meyvə bağları salınır, cari mövsümdə bol məhsul əldə etmək üçün aqrotexniki qulluq işləri həyata keçirilir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sektor da sürətlə inkişaf etməkdədir. Azərbaycanın mövcud iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaratdığından meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən birinə çevrilib. Onu da vurğulamaq yerinə düşər ki, meyvəçilik məşğulluğu təmin edən, eyni zamanda, ölkəyə valyuta axınına imkan verən ixracyönümlü sahələrdəndir. Dövlət başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrindən olan meyvəçiliyin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkədə müxtəlif meyvələrin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin mövcudluğu, həmçinin bu sahənin yüksək iqtisadi səmərəliliyi meyvəçiliyin inkişaf etdirilməsini zərurətə çevirir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin birbaşa dəstəyi ilə ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrin inkişafı istiqamətində davamlı tədbirlər görülür. Belə ki, aqrar sektorun mühüm sahələrindən biri olan meyvəçilik, o cümlədən sitrus meyvəçiliyinin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında konkret hədəflər müəyyən edilib.
Yeri gəlmişkən, cari mövsümdə də regionlarda yeni meyvə bağlarının salınması davam edir. Digər tərəfdən, yerli təsərrüfatçılar yeni bağların salınması ilə yanaşı, yüksək məhsulvermə qabiliyyəti olan toxum və tinglərdən də istifadə edirlər. Bu məqamda qeyd edək ki, Astara rayonunun fərdi və fermer təsərrüfatlarında bu günə qədər 4 min 36 hektar sahədə sitrus və subtropik meyvə bağı salınıb. Ötən il bu bağlardan 44 min tondan çox məhsul tədarük edən fermerlər bu il məhsuldarlığı daha da artırmaq niyyətindədirlər. Hazırda bağlarda aparılan aqrotexniki qulluq işləri də bu məqsədə xidmət edir. Vurğulamaq yerinə düşər ki, sitrus və subtropik meyvə bağlarında bol məhsulun təməli yaz aylarında qoyulur. İyirmi ildən çoxdur sitrusçuluqla məşğul olan Astara sakini Xətai İsayev bildirib ki, ağaclara lazımi qulluq göstərilməsə, nə məhsul, nə də qazanc əldə etmək olar: “Təsərrüfatımızda 350-dək limon, portağal, mandarin, kinkan ağacı var. Havalar istiləşəndə, martın ortalarında Novruz bayramından sonra ağaclara qulluq işlərinə başlamışıq. Bu iş böyük zəhmət tələb edir. Ağacları dərmanlayır, dibinə üzvi, qeyri-üzvi gübrələr veririk. Bunları etməsək, məhsul əldə edə bilmərik”.
Sitrus və subtropik meyvə bağlarında ağacları xəstəlik və zərərvericilərdən qorumaq da vacibdir. Bu məqsədlə kimyəvi mübarizə tədbirlərinin apardıqlarını deyən təsərrüfat sahibinin sözlərinə görə, əks halda, ağaclar inkişafdan qalar və məhsuldarlıq aşağı düşər: “Yaz aylarında xəstəliklər oyanır, dərman səpirik ki, xəstəliyin qabağını alaq, ağaclar sağlam olsun, təmiz meyvə gətirsin, yarpaqlar tökülməsin, ağac təmiz pöhrə versin”.
Dərmanlama ilə yanaşı, bağlarda ağacların dibi də yumşaldılır. Bu, rahat oksigenlə təmin etməklə bitkinin normal inkişafına zəmin yaradır. Hazırda aparılan yaz qulluq işlərindən biri də qış aylarında şaxtadan qorunmaq üçün ağacın dibinə doldurulan torpağın üzərinə təbii peyinin tökülməsidir. Torpağı peyinlə qarışdırmaqla ağacın dibinin münbitliyinə nail olmaq mümkündür. Bu isə bol məhsula zəmin yaradır. Sitrus meyvə ağacları həm də su sevəndir. Ona görə də suvarmaya daha çox tələbat duyulan yay aylarında bu məsələ diqqətdə saxlanılır. Qeyd edək ki, rayonun sitrus meyvə bağlarında aqrotexniki qulluq işləri mərhələlərlə məhsul yığımına qədər davam edəcək.
Aqrar sektorun gəlirli sahələrindən olan meyvəçiliyi inkişaf etdirmək üçün Masallı rayonunda da geniş perspektivlər mövcuddur. Rayonda meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınır. Lürən kəndində yerli şəraitə uyğun 2 hektar sahədə naringi, 1 hektar sahədə göycə alçası, Ərkivan qəsəbəsində isə 2 hektarda feyxoa bağı salınıb. Rayonun Şərəfə kəndində 250 ədəd, Viləş kəndində isə 100-ə yaxın müxtəlif meyvə tingləri əkilib. Əkilən ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərilir.
Quba-Xaçmaz bölgəsinin alma bağlarında isə fermerlər mart ayından başlayaraq xəstəlik və zərərvericilərə qarşı ağacların dərmanlanması işlərini aparıb və 6-7 dəfə dərman preparatları səpiblər. Xaçmaz rayonunun Hacıəlibəy kəndində bir hektar alma bağına sahib olan fermer Cəmşid Bayramov bu il məhsuldarlığın yüksək olduğunu deyib. O, satışa yararlı, xarici bazarda rəqabətqabiliyyətli alma yetişdirmək üçün düzgün aqrotexniki qulluq və kimyəvi mübarizə tədbirlərinin olduqca vacib olduğunu bildirib. C.Bayramovun sözlərinə görə, ənənəvi üsulla salınan bağda almanın “Golden Delişes” sortu becərilir və hər il orta hesabla 30 tona yaxın meyvə toplayırlar: “Aqrotexniki qulluğu özümüz həyata keçiririk. Budama və məhsul yığımı dövründə əlavə işçi qüvvəsi cəlb edirik. Bu il ağacların budanması üçün muzdlu işçilərə 700 manat ödəmişik. İndi qarşıda duran əsas məsələ ağacları vaxtlı-vaxtında suvarmaq və dərmanlamaqdır. Bağımızda almanın tezyetişən sortları da var. Amma çox azdır. Kütləvi məhsul yığımı avqust ayında olacaq. Bizim almanın əsas satış yeri Rusiya bazarlarıdır”.
Xaçmazda əksər bağbanlar yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirirlər. Alma daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir.
Onu da qeyd edək ki, Xaçmaz rayonunda son illərdə salınan yeni gilas bağlarında müasir suvarma üsullarından istifadə olunur. Rayonun Arzu kəndində 7 hektara yaxın sahədə salınmış intensiv gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir. Üç-dörd il əvvəl əkilən gilas ağaclarından bu il ilk məhsul toplanacaq. Bağlarda Türkiyədən gətirilən gilas sortları becərilir. Ötən il rayonda 266 hektar yeni gilas bağı salınıb. Bağa qulluq edən təsərrüfatçı Rəhman Novruzov qeyd edib ki, damcılı suvarma üsulunun bir çox üstünlükləri var: “Bu sistemdə su boru üzərində yerləşdirilmiş damcıladıcılar vasitəsilə birbaşa bitkinin kökünə çatdırılır. Həmçinin su ilə birlikdə ehtiyac olan gübrələri də bitkiyə ötürmək olur. Bu suvarma sisteminin əsas üstünlüklərindən biri suya qənaət olunmaqla geniş ərazilərin suvarılması üçün əlverişli olmasıdır. Damcılı suvarmada torpağın humus qatı qorunur, qrunt sularının səviyyəsi artmır. Cərgələr arası quru qaldığı üçün alaq otları inkişaf etmir. Bütün ağaclara eyni miqdarda su payı düşür. Bu üsul suya, işçi qüvvəsinə, gübrəyə və zamana qənaət etməklə bol məhsul əldə etməyə imkan verir”.
Damcılı suvarma sistemini mürəkkəb relyefli yerlərdə salınan meyvə bağlarında da tətbiq etmək olar. Amma damcı sistemində su təmiz olmalıdır. Bulanıq su damcıladıcıların və boruların tutulmasına səbəb ola bilər. Su bulanıqdırsa, sutəmizləyici qurğulardan istifadə etmək lazımdır. Damcılı suvarma su çatışmazlığı yaşanan ərazilər üçün ən ideal suvarma üsuludur.
Qeyd edək ki, Xaçmazın ənənəvi gilas bağlarında iyun ayından məhsul yığımına başlanılacaq. Hazırda çiçəklənmə dövründə olan ağaclarda məhsuldarlığın yüksək olacağı proqnozlaşdırılır. Rayonda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Xaçmaz rayonunda, ümumilikdə, 2 min 441 hektar gilas bağı var ki, bunun da 1769 hektarı barverəndir. Ötən il gilas bağlarından 17 min 403 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub.
Azərbaycanın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynayır.
Vurğulamaq lazımdır ki, xüsusi karantin rejimində fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış alır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.
Sonda onu da qeyd edək ki, cari ilin yaz əkin mövsümündə Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 6 hektar sahədə xurma, qoz və şabalıd ağaclarından ibarət aqrobağ salınıb. Bundan əlavə, 10 hektar sahədə meşəbərpa işləri aparılaraq, meşə sahələrinə 3300 ədəd müxtəlif ağac tingi əkilib. Regional Mərkəzdən bildirilib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, son illər meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən bu bölgə üçün xarakterik olan fındıq, qoz, şabalıd, xurma, tut və digər növ ağac tinglərindən istifadə olunur.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

