Söz və məlumat azadlığının keşiyində...
20.05.2022 [10:29]
Məlik MƏMMƏDOV
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi qanunla təsbit edilib. Məhz buna görə Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir.
Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər kəs bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə rəhbərliyinin daim diqqəti mərkəzindədir.
Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, kütləvi informasiya vasitələrinin ictimai-siyasi və mədəni həyata təsirinin artması şəraitində media fikir, söz və məlumat azadlığının inkişafında mühüm rol oynayır. Azərbaycan dövləti isə ictimai həyatda mühüm rol oynayan peşəkar medianın fəaliyyətini hər zaman yüksək qiymətləndirib, onların inkişafına hərtərəfli dəstək verib. Artıq xeyli vaxtdır ki, Azərbaycanda KİV-lərə dövlət qayğısının davamlı və sistemli strukturu formalaşıb.
Bu sahədə islahatların dərinləşdirilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında 2021-ci ilin yanvar ayında Medianın İnkişafı Agentliyi yaradılıb. Bu strukturun yaradılmasından sonrakı təxminən ilyarım zaman kəsiyində media sahəsində köklü dəyişikliklərin şahidi oluruq - bu gün media ilə əməkdaşlıq şəraitində özəl sektorun iştirakı ilə iri layihələr həyata keçirilir, media qurumlarının iqtisadi müstəqilliyi gücləndirilir.
Medianın İnkişafı Agentliyi jurnalistlərin peşə fəaliyyəti ilə bağlı təqib və təhqirlərə məruz qalmamasına ciddi nəzarət edir. Məsələn, ilin əvvəlində baş vermiş deputatlardan biri bir sıra jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlətdiyi hadisəni götürək. Struktur dərhal reaksiya verdi. Agentlik yaydığı bəyanatında vəzifəsindən və statusundan asılı olmayaraq hər kəsi media və peşə funksiyalarını yerinə yetirən jurnalistlərlə münasibətlərdə daha təmkinli, məsuliyyətli, qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırıb. Bu yaxınlarda jurnalist Aytən Məmmədova ilə bağlı baş verən insidentdən sonra da Agentlik operativ şəkildə həm jurnalistlə, həm DİN ilə əlaqə saxlayıb və bu işi nəzarət altına götürüb.
Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişafı istiqamətində daha bir mühüm addım “Media haqqında” yeni qanunun qəbulu oldu. Bu qanun müasir demokratik cəmiyyətin bütün tələblərinə cavab verir və peşəkar jurnalist fəaliyyətinin rahat və səmərəli həyata keçirilməsini təmin edən mexanizmlərin gücləndirilməsinə yönəlib. Qanun Azərbaycanın beynəlxalq öhdəliklərinə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğundur.
Qeyd etmək lazımdır ki, yeni qanun layihəsi inklüziv və şəffaf şəkildə hazırlanıb: Milli Məclisə təqdim olunana qədər 800-dən çox jurnalist və bir çox media eksperti onu müzakirə etmək imkanı əldə edib. Bundan əlavə, parlament səviyyəsində çoxsaylı ekspertlərin, KİV və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə bir neçə ictimai dinləmələr təşkil olunub.
Qanunda jurnalistlərin hüquqlarının müdafiəsi mexanizmlərinin yaradılmasına xüsusi diqqət yetirilir. Media subyektlərinin hüquqlarını qoruyur, media azadlığına, fikir və ifadə azadlığına, o cümlədən məlumat axtarmaq, almaq və yaymaq azadlığına təminat verir.
Bu gün ölkəmiz demokratik inkişafın əsas göstəricilərindən olan müstəqil KİV-lərin sayına görə MDB və Şərqi Avropada liderlər sırasındadır. Azərbaycan həm də internetin tam azad olduğu ölkədir və əhalimizin 85-90 faizi fəal internet istifadəçisidir. Əminliklə deyə bilərik ki, ölkəmizdə fikir, söz, məlumat azadlığı tam şəkildə təmin olunur və hazırda milli mətbuatımız özünün ən uğurlu, şəffaf fəaliyyət dövrünü yaşayır. Bütün sahələrdə olduğu kimi media sahəsində də müşahidə edilən dinamik inkişaf gələcəkdə fikir, söz, məlumat azadlıqlarının daha üstün səviyyədə olacağına, milli mətbuatımızın daha şəffaf fəaliyyətinə əsaslı zəmin yaradır və ümidləri artırır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54

