Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib
08.11.2024 [20:15]
Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, açıq havada keçirilən tədbirin proqramına musiqiçi və rəqqasların iştirakı ilə şou-konsert, təsviri incəsənət üzrə ustad dərsləri və əl işlərinin satış yarmarkası daxil edilib. İyirmiyə yaxın sahibkar fiziki imkanları məhdud şəxslərin yaratdıqları məmulatları təqdim edib. Sərgidə, həmçinin Zəfər Gününə həsr olunmuş işlər və milli naxışlarla bəzədilmiş əşyalar nümayiş etdirilib.
Tədbirdə şəhid anaları oğulları ilə fəxr etdiklərini bildiriblər, onların sayəsində bu şanlı Qələbənin Azərbaycan tarixinə əbədi yazılacağını vurğulayıblar.
“Mən bir şəhid anası kimi oğlumla qürur duyuram. Şəhidlərimiz, qazilərimiz olmasaydı, biz bu Qələbəni qeyd edə bilməzdik. Hər kəsin bayramını təbrik edirəm! Biz özümüz də bilmədən öz evimizdə qəhrəmanlar böyütmüşük”, - deyə şəhid Pünhan Abbasovun anası bildirib.
Qazi Vüqar Məmmədov 8 Noyabr - Zəfər Gününün əhəmiyyətini vurğulayıb: “Şəhidlərimiz Vətən uğrunda, xalq uğrunda qan tökməsəydilər, özlərini qurban verməsəydilər biz bu günü qeyd edə bilməzdik. Biz bu gün bu bayramı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da qeyd edirik. Azərbaycan xalqının Zəfəri haqqında hər kəs məlumatlıdır. Biz bu şərəfli günü tarixə qanla, şəhid yoldaşlarımızla, arxa cəbhədəki xalqın dəstəyi ilə yazdıq”.

O, həmçinin deyib: “Biz ayıq olmalıyıq. “Mən bir əsgər, ehtiyatda olan xüsusi təyinatlılar əsgəri kimi Azərbaycan Respublikasının azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etməyə daha da əzmlə hazırlaşmağı qarşıma məqsəd qoymuşam”.
Qazi Bəhram Rəcəbli AZƏRTAC-ın müxbiri ilə söhbətində hər kəsi bayram münasibətilə təbrik edib, soydaşlarımızın Qərbi Azərbaycana - Zəngəzura qayıtmasına inamını ifadə edib: “Mən xüsusi təyinatlıların kəşfiyyat bölməsində Füzuli və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişəm. İnanıram ki, bizi qarşıda daha çox qələbələr gözləyir və biz mütləq Zəngəzura qayıdacağıq. Bizə bu Zəfəri bəxş edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də şəhidlərimizə, qazilərimizə minnətdarıq”.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərlə söhbətində bildirib ki, bu tədbirin məqsədi Azərbaycan xalqının bu böyük Zəfərini Azərbaycanın ən qədim yerlərindən birində - Qobustanda qeyd etməkdir.

Direktor Zəfər Gününün təsis edilməsinin əhəmiyyətini də vurğulayıb.
“Qobustanın mədəniyyət mərkəzi və qoruğu olaraq bu Zəfər Gününü qazilərimiz və şəhid ailələrimizlə birgə keçirmək bizim üçün şərəf idi”, - deyə V.İsayev əlavə edib.
“8 Noyabr təkcə Zəfər günü deyil, həm də Azərbaycan xalqının birlik günüdür. 44 gün ərzində xalqımız bir-biri ilə, Ali Baş Komandanla, Ordumuz ilə həmrəylik nümayiş etdirib və biz hamımız bunun canlı şahidi olduq”, - deyə direktor vurğulayıb.
Bayram tədbiri konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

