“3-cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır
14.05.2025 [20:36]
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 19-25 may tarixlərində “3-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək.
Növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gələcək. Bu ilki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir.
May ayının 19-dan 25-nə qədər davam edəcək festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri Cadenza Contemporary Orchestra, BCMS Ensemble, Əkinçi kvarteti, Niyazi adına Dövlət Simfonik Orkestri, solistlər, həm də Almaniyanın nüfuzlu müasir musiqi ansamblı olan Der Gelbe Klang, eləcə də İsveçrə, Macarıstan, Ukrayna, Rusiya kimi ölkələrdən dəvət olunmuş ifaçılar – Cavad Cavadzadə, Szilard Benes, Avital Cohen, Flipp Fitin, Oleksi Murza və b. ifa edəcək.
Festival proqramı səhər, günorta, axşam seanslarından ibarətdir və ictimaiyyətə açıqdır. Proqram çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayevin Ev Muzeyi, Muzey Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Nizami Kino Mərkəzi kimi aparıcı teatr-tamaşa və konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vorkşoplar və mühazirələr, eləcə də axşam konsertləri keçiriləcək.
Proqram dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsəri əhatə edir. İfa olunacaq bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır.
Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından birinin həyatından bəhs edən film nümayişi həyata keçiriləcək (Robert Mugge – “George Crumb: The Voice of Whale” | “George Crumb: Balinanın səsi”). Bu tədbirə giriş üçün əvvəldən qeydiyyat tələb olunur (yerlər məhduddur).
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

