Milli mədəniyyətə böyük qayğı
12.09.2025 [11:58]
Bu günlərdə daha bir mədəniyyət hadisəsinin şahidi olduq. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışı baş tutdu. Kompleks mavi Xəzərin sahilində - Şüvəlan qəsəbəsində 3 hektar ərazidə yaradılıb. Belə bir müasir kompleksin istifadəyə verilməsi ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mədəniyyət, incəsənət, ədəbiyyat, ana dili bizim milli pasportumuzdur. Zəngin ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, məişətimiz, həyata baxışımız məhz mədəniyyət, incəsənət və ədəbiyyat nümunələri ilə nəsildən-nəslə ötürülərək yaşadılır və bir toplum, xalq olaraq identikliyimizi təmin edir. Mədəniyyət, incəsənət, ədəbiyyat yalnız tarixilik, milli yaddaşın yaşaması baxımından əhəmiyyətli deyil. Müxtəlif janrlarda yüksək sənətkarlıqla, bədii zövqlə yaradılan əsərlər həm də ruhumuza qida verir, bizi həyata bağlayır, gənc nəsli tərbiyələndirir, onların dünya görüşünü zənginləşdirir.
Parlaq əsərləri ilə bizə xoş anlar yaşadan yaradıcı insanlara, bütövlükdə mədəniyyətə, incəsənətə, ədəbiyyata davamlı qayğı göstərilməlidir. Müstəqil Azərbaycanda bunun dövlət, şəxsən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təmin edilməsi həm oxucu-dinləyici kütləsinin, həm də mədəniyyətimizin və yaradıcı insanların böyük xoşbəxtliyidir. Keçmiş sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edən böyük siyasətçi Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyini düşünərək mədəniyyətə böyük qayğı göstərməklə, Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail olmaqla insanların özünüdərk hissini gücləndirir, xalqı azadlığa qovuşduracaq milli ideya formalaşdırırdı. Onun mədəniyyət, incəsənət və ədəbiyyat vasitəsilə səpdiyi toxumlar şərait yarandıqda sağlam cücərtilər verdi. Biz XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşmağın sevincini və qürurunu yaşadıq.
Hazırkı mərhələdə zamanında böyük siyasətçi Heydər Əliyevin əsasını qoyduğu milli mədəniyyətə və yaradıcı insanlara qayğı siyasətini Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirir. Ökəmizdə yaradıcılıq uğurlarına imza atan şair və yazıçıların, bəstəkarların, rəssamların yubileylərinin keçirilməsi ənənə halını alıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, ona paytaxtımızda möhtəşəm abidə ucaldılması bunun əyani təsdiqidir. Yeri gəlmişkən, təkcə son illərdə Bakının ayrı-ayrı guşələrində Bülbülün, Tofiq Quliyevin və digərlərinin əzəmətli heykəllərinin dövlət başçısının iştirakı ilə açılışı baş tutub. Bundan başqa, Bakıda və respublikanın digər şəhərlərində yerləşən teatrların əksəriyyəti əsaslı şəkildə yenidən qurularaq tamaşaçıların ixtiyarına verilib. Dövlətimizin başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamlara uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunub. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında dünya ədəbiyyatının seçmə nümunələri nəfis tərtibatla nəşr olunaraq Azərbaycan oxucularının ixtiyarına verilib.
Siyahı çox uzundur. Eyni zamanda, yaradıcılıq uğurlarına imza atan mədəniyyət və incəsənət xadimləri mütəmadi olaraq yüksək dövlət mükafatlarına layiq görülürlər. Mədəniyyət və incəsənət xadimlərinin müəyyən qrupuna Prezidentin fərdi təqaüdünün verilməsi onların sosial müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bir sözlə, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

