Heydər Əliyev Mərkəzində “Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub
04.12.2013 [08:53]
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Kosmosa səyahət” sərgisinin açılışı mərasimində çıxış edərək deyib: “Sərginin bu il açılması çox əlamətdardır. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Bu il fevralın 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır”.
Heydər Əliyev Mərkəzinin artıq beynəlxalq sərgilər, konfranslar keçirildiyi məkana çevrildiyini deyən Anar Ələkbərov bu sərginin ərsəyə gəlməsində dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və tərəfdaş təşkilatlara təşəkkürünü bildirib.
ABŞ-ın Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debra Barnhart bu möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib. O deyib ki, sərgidə insanın kosmos sahəsində nailiyyətlərini əks etdirən eksponatlar nümayiş olunur. D.Branhart bildirib ki, ABŞ-ın Kosmik və Raket Mərkəzi bütün dünya üzrə gənclərin məlumatlandırılması ilə məşğul olur və bu sərgi də Azərbaycan gənclərini insanın kosmos sahəsində əldə etdiyi uğurlarla tanış etmək məqsədi daşıyır. O, Azərbaycan xalqını ölkənin ilk süni peykinin orbitə buraxılması münasibətilə təbrik edib.
Alabama Elmi Kosmik Sərgisinin direktoru Rusvet Levis bildirib ki, sərginin məqsədi kosmos sahəsində yalnız keçmişdə olanları nümayiş etdirmək deyil, eyni zamanda, gələcəkdə insanların hansı nailiyyətlərə imza ata biləcəyini görmək üçün zəmin yaratmaqdır. “Ona görə də belə sərgiləri dünyanın hər yerində nümayiş etdirməklə biz əsasən gənclərin diqqətini cəlb etməyə çalışırıq”, - deyə o vurğulayıb.
Həmyerlimiz, Bakıda anadan olmuş kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov belə bir sərginin doğma Azərbaycanın paytaxtında keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edərək deyib: “Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bu onun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olmuşdur. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaqdır”.
Sonra sərgi ilə tanış olublar. Sahəsi 3500 kvadratmetr olan sərgidə yüzədək eksponat nümayiş etdirilir. Onların arasında kosmik stansiyalar, kosmosda olmuş aparatlar və Ay səthindən gətirilmiş orijinal daş parçası, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. var.
Sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olub. Burada Azərbaycanın ilk süni peyki barədə məlumatlar, onun maketi də yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

