Xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıblar
14.12.2013 [10:26]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Xalq Şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi və görkəmli şair barədə məqalələrin yer aldığı “Haqqın var yaşamağa” kitabının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, elm və mədəniyyət xadimlərinin, ədəbi ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə görkəmli şairin həyat və yaradıcılığından geniş söhbət açılıb.
Əvvəlcə Xalq şairi Məmməd Araz haqqında film nümayiş olunub.
Görkəmli poeziya ustasının yaradıcılığından danışan “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva bildirib ki, Məmməd Araz Azərbaycanın əbədiyaşar şairidir. Əbədiyaşarlıq hər kəsə qismət olmur. Belə bir zirvəyə yüksələnlərin əksəriyyəti sağlığında mənəvi və maddi sıxıntıların imtahanından keçərək bu mərtəbəyə layiq olduqlarını sübut edirlər. Məmməd Araz azərbaycançılıq məfkurəsini yaradan və poeziyanın dili ilə ifadə edən bir şairdir. Ötən əsrin 60-cı illərindən ədəbiyyata gələn görkəmli şairin Azərbaycanla bağlı şeirləri onun yaradıcılığının əsasını təşkil edib.
Sona Vəliyeva deyib: “Məmməd Araz Vətənini böyük məhəbbətlə sevirdi. Bu böyük sevgini Tanrı sevgisi bilirdi. Onun ruhunun gücü, zəkasının, istedadının parlaqlığı şeirlərinə köçmüşdür və bu gün də bu poeziya nümunələri yolumuza işıq salır”.
Əməkdar jurnalist Sona Vəliyeva Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Məmməd Araz haqqında söylədiyi fikirləri xatırladaraq bildirib ki, Ulu öndər görkəmli şairin bədii irsinin təbliğinə böyük önəm verib.
Tədbirin əhəmiyyətini qeyd edən Sona Vəliyeva qeyd edib ki, uzun illər ərzində reallaşdırmaq istədiyimiz bu layihədə ustad şairimiz Məmməd Arazın yaradıcılığının tədqiqinə yeni baxışlar əks olunub. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən yazılar yeni araşdırma nümunələri olmaqla bərabər, heç yerdə dərc edilməyib, məxsusi olaraq “Kaspi” qəzetinə təqdim olunub.
Müsabiqənin məqsədi Məmməd Araz haqqında dərc olunmamış yeni araşdırmaları, xatirələri, orijinal məlumatları toplamaq və onları Azərbaycan oxucularına çatdırmaqdan ibarət olub.
Sona Vəliyeva deyib ki, müsabiqəyə təqdim olunan yazılarda əksini tapan bir-birindən təsirli ifadələrdən həyəcanlanmamaq mümkünsüzdür. Tanınmış və ya ilk dəfə imzasını gördüyümüz şəxslərin yazıları maraqla oxunur. Heç vaxt tədqiqatlarına rast gəlmədiyimiz müəlliflərin məna dərinliyinə görə seçilən yazıları diqqəti cəlb edir.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Məmməd Araz yaradıcılığı min illər sonra belə bütün ədəbi fikir adamlarına istedadlarını ifadə etməkdə örnək olacaq.
Təqdimat mərasimində “Kaspi” qəzetinin redaktoru Natiq Məmmədli müsabiqənin yekunları barədə məlumat verib. Bildirib ki, cari ilin aprelindən sentyabr ayınadək davam edən müsabiqəyə 80-dən çox yazı təqdim olunub, münsiflər tərəfindən 60 yazı seçilib. Yazılar əvvəlcə “Kaspi” qəzetində dərc edilib, sonra həmin məqalələr kitab halında nəşr olunub. Müsabiqənin mükafat fondu 10 min manat təşkil edib.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas Məmməd Arazın keçdiyi həyat yoluna nəzər salıb, şairin yaradıcılığı haqqında danışıb.
Tənqidçi Vaqif Yusifli deyib ki, yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və xəlqilik Məmməd Arazın yaradıcılıq yolunu müəyyənləşdirən başlıca keyfiyyətlərdir. Azərbaycan - onun zəngin tarixi keçmişi, bu günü, “Araz dərdi” Məmməd Araz poeziyasının mayasını təşkil edir. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyən şair bütün yaradıcılığı boyu həmin həqiqətə sadiq qalıb.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli ədəbiyyatımızın inkişafında Məmməd Arazın müstəsna xidmətlərindən danışıb.
Bildirilib ki, görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Bölgələrdə Xalq şairi Məmməd Arazın 80 illiyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.
Mərasimdə Məmməd Arazın qızı, “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonda qaliblər mükafatlandırılıblar. Yazıçı-publisist Akif Əli müsabiqənin birinci, jurnalist-publisist Flora Xəlilzadə və şair-publisist Nizami Muradoğlu ikinci, tekejurnalist Telli Pənah qızı, professor Şamil Vəliyev, jurnalist Qan Turalı isə üçüncü mükafatlarına layiq görülüblər.
Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəli qızına fəxri mükafat təqdim olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

