Qarabağ atı üzərində çövkən oyunu xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir
10.01.2014 [09:31]
Xəbər verdiyimiz kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 2-dən 8-dək Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.
Bu mühüm qərar Vətənimiz Azərbaycanın qədim zamanlardan milli mədəniyyət və idman ənənələrinə malik ölkə olduğunu bir daha sübut edir.
Məlumdur ki, Azərbaycan atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdən biridir. Qədim Azərbaycan dövlətləri - Manna, Midiya, Atropatena və Albaniyada atçılıq geniş yayılıb. Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişib, Qarabağ, Dilboz kimi yerli at cinsləri əmələ gəlib.
Qədim zamanlarda ömürlərinin böyük hissəsini at belində keçirən Azərbaycan türkləri öz sədaqətli yoldaşları olan atlarla səfərlərə, döyüşlərə gedib, yurdumuzu düşməndən müdafiə edib, igidliklər göstərib, eyni zamanda, cıdır yarışları təşkil edib, çövkən, sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, gərdəkqaçırdı kimi atüstü oyunlar nümayiş etdiriblər.
Azərbaycanda keçirilən atüstü oyunlardan ən məşhuru çövkəndir. Qədim salnamə, miniatür və ədəbiyyat nümunələrində çövkən oyununun adı tez-tez çəkilir. Beyləqan şəhəri yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən IX əsrə aid qab üzərində çövkən oyununun təsvir edilməsi, müxtəlif yazılı mənbələrdə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında, Xəqani Şirvaninin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında çövkəndən bəhs edilməsi, həmçinin orta əsr miniatürlərində bu oyunun təsvir edilməsi Azərbaycanda çövkən oyununun tarixinin çox qədim olduğunu göstərir.
Min illər ərzində Azərbaycanda igidlərin oynadığı bu oyun cəsurluq, qəhrəmanlıq və çeviklik rəmzi sayılıb. Bu oyunda gənclər fiziki cəhətdən möhkəmlənir, at üstə müxtəlif hərəkətlər icra etməklə döyüş hazırlığını yüksəldirdilər. Çövkən oyununda iştirak edən gənc bir əli ilə çövkən ağacı vasitəsilə topu vurur, digər əli ilə isə atı idarə edir - onu sağa, sola, geriyə döndərir, qəfildən dayandırır və ya irəli çapır. Musiqinin müşayiəti ilə keçirilən çövkən oyununda atlılar iki dəstəyə bölünür. Əsas məqsəd topu dəyənəklə - çövkənlə rəqib qapısından keçirməkdir. Əsasən müxtəlif tədbirlərdə, toy və el şənliklərində keçirilən oyunda kişilərlə yanaşı, qadınlar da iştirak ediblər.
Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir. Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Tipik dağ-düzən atı olan Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasibdir. Bu atlar cəld, çevik və kəskin dönüş hərəkətləri edə, dayandığı yerdən qəfildən hücuma keçə bilirlər.
Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolu olub. Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalənin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb. Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutublar. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə və 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində Qarabağ atları mükafat və medala layiq görülüb. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə Kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.
XX əsrdə Qarabağ at cinsinin tarixində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Zavodunun yaradılması Qarabağ atının yaxşılaşdırılmasında böyük rol oynayıb.
Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib. Vaxtaşırı keçirilən bu yarışlarda Qarabağın müxtəlif yerlərindən gəlmiş gənclər öz məharətlərini göstəriblər.
Sovet dövründə atüstü milli oyunlara marağın bir qədər azalmasına baxmayaraq Qarabağ bölgəsində xalqımızın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan qədim oyun ənənələri qorunub saxlanılıb. XX əsrin sonlarında Ermənistanın Azərbaycana təcavüzü Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, xalqımızın maddi və qeyri-maddi mədəni irsinə də ağır zərbə vurub. Buna baxmayaraq çövkən oyunu aran Qarabağın işğal olunmamış bəzi yerlərində, həmçinin respublikanın bir çox bölgələrində bu gün də yaşamaqdadır.
Son illərdə atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması istiqamətində xeyli iş görülüb. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb, “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib, Respublika Atçılıq Turizm Mərkəzi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar, həmçinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Bu yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən komandalar, o cümlədən aran Qarabağın Ağdam, Ağcabədi, Bərdə bölgələrindən gəlmiş və əsasən Qarabağ atlarından təşkil olunmuş komandalar mübarizə aparırlar.
İnanırıq ki, minilliklər boyu milli dəyərlərimizdən olan atüstü oyunları qoruyub saxlamış xalqımız bundan sonra da ona sahib çıxacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə xalqımızın mənafeyinə uyğun həll olunacaq, Qarabağ igidləri yenə də Qarabağ atları üzərində, dədə-baba torpaqlarında öz məharətlərini nümayiş etdirəcəklər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

