Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

17.08.2026 [15:55]

Türkiyənin “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı bəstəkar, Azərbaycanın Xalq artisti Elza İbrahimovaya həsr olunub.

Bununla bağlı AZƏRTAC-a danışan proqramın müəllifi və aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səidə Ömər verilişə xüsusi həssaslıqla hazırlaşdığını bildirib.

“Türkiyənin radio məkanında demək olar ki, ilk dəfə Elza İbrahimovaya həsr olunan veriliş yayımlandı. Elə bunun özü mənim üçün böyük məsuliyyət idi. Biz bu proqramda Türkiyə dinləyicisini Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Elza İbrahimovanın sənət dünyası ilə tanış etdik. Onun yaradıcılıq irsi yalnız yaşadığı dövrün deyil, həm də müasir musiqi düşüncəsinin mühüm tərkib hissəsi kimi dəyərləndirilir”, - deyə müəllif bildirib.

Proqramda Elza İbrahimovaya aid musiqi əsərləri səsləndirilib, onun həyat və yaradıcılığı barədə məlumat verilib.

Qeyd edək ki, proqramın prodüseri Hafizə Batmaz, texniki rejissoru, müəllifi və aparıcısı Səidə Ömərdir.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31