Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli” sərgisində maraqlı eksponatlar nümayiş olunur
02.07.2015 [09:50]
Şahzadə Qreys Kellinin Monako Knyazı III Renye ilə sevgi məktubları, 1955-ci ildə Kann Film Festivalında, eləcə də həmin tədbir çərçivəsində Monako Knyazı III Renye ilə ilk görüşü zamanı geyindiyi libaslar və maraqlı tarixçəsi olan digər eksponatlar Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisində nümayiş olunur.
Xatırladaq ki, sərgi iyunun 12-dən fəaliyyət göstərir. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Monako Knyazı, Qreys Kellinin oğlu II Albert iştirak ediblər.
Ekspozisiyada kinoulduz və şahzadə Qreys Kelliyə məxsus, onun həyatının ayrı-ayrı dönəmlərində müxtəlif hadisələrlə bağlı olan 44 libas, zinət əşyaları, eləcə də, onun aksessuarları - əlcək, şlyapa, eynək və çantaları sərgilənir.
Qeyd edək ki, Qreysin gəlinliyini “Oskar” mükafatı laureatı, dizayner Helen Rouz hazırlayıb. O, dünyanın ən bahalı libasları sırasındadır. Ziyarətçilər sərgidə, həmçinin Qreysin 1956-cı il aprelin 12-də Nyu-Yorkdan Monakoya gələrkən geyindiyi palto, 1981-ci ildə nikahlarının 25-ci ildönümü münasibətilə xüsusi portretin çəkilişi zamanı geyindiyi libasla da tanış ola bilərlər. Ümumiyyətlə, sərgidə nümayiş etdirilən eksponatlar Qreys Kellinin nağıllardakı kimi keçən ömrünü ziyarətçilərin gözləri qarşısında canlandırır.
Filmlərdə şahzadə obrazı yaradan və real həyatda şahzadəyə çevrilməsi ilə kino karyerası bitən Qreysin Hollivud fəaliyyəti ayrıca bölmədə təqdim olunur. Burada onun “Moqambo”, “Ali cəmiyyət”, “Oğrunu tutmalı”, “Qu quşu” və digər filmlərində geyindiyi libaslar və çəkiliş prosesi ilə bağlı maraqlı faktlar təqdim edilir. Onun 1955-ci ildə “Oskar” mükafatını aldığı gecə geyindiyi libas da nümayiş olunan eksponatlar sırasındadır. Qeyd edək ki, Qreys Kellinin bu paltarı “Oskar” tarixinin 10 ən yaxşı qadın geyimi siyahısına daxil edilib. Libası 8 dəfə “Oskar” mükafatına layiq görülmüş amerikalı kostyum dizayneri Edit Hed hazırlayıb.
Qeyd edək ki, şahzadə “saç düzümünün sfinksi” adlandırılan Lui Aleksandr Raymonun 1957-ci ildə Parisdə açdığı salona ilk müraciət edən məşhurlardan olub. Dalğavari saç düzümü modeli Qreys Kellinin vizit kartlarından biri idi. Sərgidə Qreys Kellinin saç düzümünə dair 10 eskizlə də tanış olmaq mümkündür.
Şahzadənin övladlarını gəzintiyə aparmaq üçün tez-tez istifadə etdiyi “Austin Taxi” avtomobili isə ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunur.
Noyabrın 1-dək davam edəcək sərgi qısa müddətdə yerli və xarici ziyarətçilərin marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

