Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Qəbələdə fortepiano musiqisi axşamı

Qəbələdə fortepiano musiqisi axşamı

06.08.2016 [10:21]

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və xarici tamaşaçılar üçün fortepiano musiqisi axşamı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, avqustun 5-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan pianoçu Nərmin Nəcəfli, Bilkent Universitetinin və Ankara Şopen Musiqi Mərkəzinin müəllimi, pianoçu Nurlan Bağırov, Bilkent Universitetinin müəllimi, türk pianoçusu Çiğdem Çilesiz iştirak ediblər.
Konsertdə Avropa və Azərbaycan bəstəkarları V.A.Motsart, K.Debüssi, F.List, S.Raxmaninov, A.Piazolla, K.Qardel, S.Rüstəmov, T.Quliyev və F.Bədəlbəylinin əsərləri səsləndirilib.
Musiqiçilərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Paylaş:
Baxılıb: 944 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30