/ / Bakıda Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib
Bakıda Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib
03.06.2017 [10:26]
İyunun 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib. Tədbir Beynəlxalq Memarlar İttifaqı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədən əvvəl iştirakçılar Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət olunub.
Tədbir iştirakçıları Azərbaycan memarlarının layihələrini, eləcə də Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yerləşən və erməni terroruna məruz qalan tarixi abidələrimizi əks etdirən fotosərgiyə baxıblar.
Müşavirəni açan Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.
Elbay Qasımzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Memarlar İttifaqının fəxri üzvü seçildiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşavirədə çıxış edərək dövlətimizin memarlığın inkişafına dəstəyindən danışıb. Bildirib ki, bu dəstək sayəsində hazırda ölkəmizdə memarlıq intibah dövrünü yaşayır. Azərbaycanda yeni, müasir binaların tikintisi ilə bərabər, qədim memarlıq abidələrinin təmir və bərpası da diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanda gözəl memarlıq nümunələrinin yaradılmasına xüsusi diqqət ayırırdı. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu işi uğurla davam etdirirlər. Heydər Əliyev Fondu nəinki Azərbaycanda, xarici ölkələrdə də tarixi memarlıq abidələrinin bərpası işini həyata keçirib.
Beynəlxalq Memarlar İttifaqının II Region üzrə vitse-prezidenti Dəniz İncədayı və digərləri tədbirin əhəmiyyətindən danışıb, müasir Azərbaycan memarlığının inkişafından bəhs ediblər.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

