Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Kristina Orbakayte: Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı ilə məni təəccübləndirir

Kristina Orbakayte: Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı ilə məni təəccübləndirir

01.08.2017 [09:40]

Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi ilə məni təəccübləndirir. Əfsuslar olsun ki, hələ şəhəri bütünlüklə gəzməyə vaxtım olmayıb. Vaxtımızı hələ ki, məşqlərdə və ləziz yeməklərinizdən dadmaqla keçirmişik.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və aktrisası Kristina Orbakayte deyib.
Festival çərçivəsində konsertlərdən birinin Alla Puqaçovanın yaradıcılıq gecəsinə həsr olunmasından məmnunluğunu dilə gətirən Kristina Orbakayte bu gözəl incəsənət bayramı üçün təşkilatçılara təşəkkür edib: “Budəfəki səfərim zamanı görmək istədiyim ən ecazkar tikililərdən biri Heydər Əliyev Mərkəzidir. Dünyaca məşhur Zaha Hadidin əl işini seyr etmək mənə çox maraqlıdır. Bu tikili arxitekturası ilə bütün dünyaya səs salıb. Mərkəzdə olan hər kəs tikilinin möhtəşəmliyinə heyran qalıb. Mən də oğlumla ora gedəcəyəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm”, - deyə Orbakayte əlavə edib.

Paylaş:
Baxılıb: 799 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30