Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Rusiyalı bloqqer Azərbaycan haqqında silsilə videolar hazırlayır

Rusiyalı bloqqer Azərbaycan haqqında silsilə videolar hazırlayır

15.08.2017 [10:09]

Rusiyalı bloqqerin Azərbaycan haqqında hazırladığı növbəti video ölkəmizin dilbər guşələrindən olan Maralgölə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Göygöldən sonra Andrey Maralgölə üz tutub. O, buranın təbiətini əsrarəngiz və çox maraqlı adlandırıb. Videobloqqer Maralgölə gəlmək istəyən hər kəsə isti paltar geyinməyi məsləhət görür. Çünki buranın soyuq dağ havasında üşüyəcəklərini vurğulayır.
Gəzintisini atla davam etdirən rusiyalı qonaq göl ətrafında çəkiliş aparır. O deyir ki, göl və gölətrafı gözəllik o qədər göz oxşayır ki, insan buranı tərk etmək istəmir. Bloqqer gördüklərindən məmnun qaldığını diqqətə çatdırır.
O, Maralgölün, ətrafındakı dağların, yaşıllıqların və şəffaf suyun füsunkar təbiətin möcüzəsi olduğunu qeyd edir. Andrey buranı həm də İsveçrə gölləri ilə müqayisə edir.
Videoda isti yay günlərində dağların zirvələrində qalan qara da diqqət çəkilir. Gözəllikdən zövq alan rusiyalı bloqqer hər kəsə buradakı möhtəşəmliyi görməyə çağırır.

Paylaş:
Baxılıb: 1013 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30