23 il yaşadı...
05.04.2023 [11:19]
Son əsərini xəstəxana divarına yazdı
23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuş Asəf Zeynallının 114 illiyidir. O, milli romans, piano və simfonik musiqinin banisi olmaqla yanaşı, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub.
1909-cu ildə Dərbənddə anadan olan Asəf Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb. “Truba üçün pyes”ini 14 yaşında texnikumda ifa edib. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. A.Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkarımızdır. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tanınmış bəstəkarlarımızdan Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.
“Bu günün işini sabaha saxlama”dı
16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr sığdırmağı bacarıb. Nə yaxşı ki işlərini sabaha saxlayanlardan olmayıb. Çünki əksi olsaydı, başqalarının on illərlə vaxt sərf edəcəyi işləri cəmi yeddicə ilə ərsəyə gətirə bilməzdi. Asəf Zeynallı Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. Nümunələrinin toplanması üçün Qarabağa səfər edərək 70-ə yaxın Azərbaycan xalq mahnısını nota alır. Şuşada Xan Şuşinski ilə tanış olur, onun “Alma almaya bənzər” mahnısını da nota alırlar. Bundan başqa, gənc bəstəkar Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.
Qəribədir ki, “Qırmızı terror”un at oynatdığı dövrdə Asəf Zeynallıya həmişə yaşıl işıq yanıb. SSRİ mətbuatında da bəstəkara olan rəğbət açıq-aydın sezilib: “Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir”. “A.Zeynallının bugünkü “xırdaca” taktları sabahın böyük simfoniyalarının melopostamentləri kimi görünür” - kimi sitatlar, manşetlər buna sübutdur.
Əslində, Asəf Zeynallının ölümü də müəmmalıdır. Çünki, yatalaq xəstəliyi o vaxtlar artıq çox da ölümcül hesab olunmurdu. Deyilənə görə, onun ölümündə erməni əli olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub var. Həmin məktubda o, ermənilərdən şikayətlənib. Ermənilər onu “şovinist” adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə daha çox diqqət ayırır, ermənilərə yox”. Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanında kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb.
O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir: “Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın...” Amma hansısa səbəbdən Asəfin vəsiyyəti yerinə yetirilmir. Beləcə, bəstəkarın son əsəri özü kimi nakam qalır...
Qeyd edək ki, Bakı musiqi kollecinə və paytaxt küçələrindən birinə onun adı verilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

