İkinci minilliyin adamı
02.05.2023 [11:18]
Leonardo da Vinçi - italyan, yoxsa azərbaycanlı?
Şahanə XANKİŞİYEVA
Adı günümüzə qədər uzanan, “100 ən çox öyrənilmiş şəxslər” sırasına daxil edilən dahilərdən biri də Leonardo da Vinçidir. Dahi deməyimizin səbəbi məlumdur: o, təkcə rəsmlər çəkmir, kağızı boyalarla sirlərə qərq edir, tarixə adını yenidən salacaq ixtiralar edir. Bu gün isə dahi sənətkarın anım günüdür. Aparılan elmi araşdırmalar onu göstərir ki, Leonardonun anasının azərbaycanlı olması ehtimalı yüksəkdir.
Ya qəribəliklər onu dahi etdi, ya da...
Leonardo solaxay biri olub. Hətta o, iki əli ilə də eyni anda yazı yaza bilirmiş. Ancaq daha çox sol əlini istifadə edərək sağdan sola yazılarını yazmağa üstünlük verirmiş.
Leonardo öz əlyazmalarında sağdan sola istiqamətli yazıb. Onları yalnız güzgü vasitəsilə oxumaq mümkündür. Bir çoxları düşünür ki, o, bu yolla öz tədqiqatlarını ətrafdakılardan gizlətməyə çalışırdı. Bəlkə də belədir. Digər fikirlərə görə güzgü ilə yazının oxunulması onun fərqliliyi idi. Hətta elə fikirlər də var ki, guya ona digər üsulda yazmaqdansa, belə yazı yazmaq daha asan gəlir. Hazırda “Leonardo yazısı” adlandırılan yazı formaları da mövcuddur.
Məlumatların çoxunda onun vegeterian olduğu da göstərilir. Leonardo, “Əgər insan özü azadlığa can atırsa, nəyə görə o, quşları və heyvanları qəfəsə salır?.. İnsan dünyada ən böyük yırtıcıdır, çünki o, hər şeylə pis davranır. Biz başqalarını öldürərək yaşayırıq. Biz qəbiristanlığa gedən insanlar! Hələ gənc yaşlarımda ikən mən ətdən imtina elədim”, - deyərək azadlıq sevdasını öz həyatında əks etdirib.
Sirli incəsənət
Da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz “Mona Liza” portreti və “Sonuncu Şam” əsərləridir. Bir çox alimin iddiasına görə Mona Lizanın gözlərində gözlə görünməyən xırda rəqəmlər və hərflər gizlədilib. Ola bilsin ki, bu, Leonardo da Vinçinin inisialları və rəsmin çəkildiyi tarixdir.
Əsər Luvr muzeyində saxlanıldığı müddət ərzində bir dəfə də olsun, ciddi zədə almayıb. Halbuki, onu turşu, daş, saxsı qab və boyalarla zədələməyə çalışıblar. Bu rəsm əsəri qiymətsiz sayılır və buna görə də, onu sığortalamaq mümkünsüzdür.
Təəssüf ki, müasir günümüzə qədər rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxıb. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikirlərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayır. Mühəndis kimi isə, o, həmin dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar edib. Onun vertolyot, tank, kalkulyator, ikikorpuslu gəmi və s. kimi mürəkkəb texnologiyaları hələ XVI əsrdə konsepsiyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

