Keçmişimizi bu günə daşıyan xəzinələr...
18.05.2023 [11:16]
18 may Beynəlxalq Muzeylər Günüdür
Yeganə BAYRAMOVA
Tarixi, maddi və mənəvi dəyərlərin nümayiş edildiyi, qorunub-saxlandığı və öyrənildiyi mədəni müəssisələrdən biri muzeylərdir. Muzeylər hər bir fərdin dünyagörüşünün formalaşmasında və inkişafında, mədəni, mənəvi və bədii tərbiyəsində əhəmiyyətli rola malikdir. Bir sözlə, bu müəssisələr cəmiyyətin rifahına və davamlı inkişafına töhfə verirlər.
Dünya ölkələrində hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram hər il müxtəlif deviz altında keçirilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər. Dayanıqlılıq və rifah” devizi seçilib. Bu deviz vətəndaş cəmiyyətinin bütün üzvlərini bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişafı, rifahı üçün malik olduğu bütün imkanlardan istifadə etməyə çağırır.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik ölkəmizdə də geniş miqyasda qeyd edilir. Azərbaycan muzeyləri ölkəmizin muzey sərvətlərinin qorunub saxlandığı dövlət xəzinəsidir. Bu gün mədəniyyət və incəsənət xadimlərinin beynəlxalq miqyasda qazandığı uğurlar onu göstərir ki, Azərbaycanın milli incəsənəti yüksək inkişafdadır. Bu inkişaf ondan irəli gəlir ki, Azərbaycan incəsənət sahəsində dövlət qayğısı milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır.
Ölkəmizdə muzeylərin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən muzeynlərimizin inkişafına dair görülən işləri də xüsusilə vurğulamaq lazımdır. Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ölkəmizəki muzeylərdə “açıq qapı” günü olacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Vətəndaşlar və ölkəmizin qonaqları ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.
Beynəlxalq Muzeylər Günü ilə bağlı paytaxtdakı aparıcı muzeylərdə, eləcə də ölkə üzrə muzey müəssisələrində bir sıra tədbirlər də təşkil edilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı təşkil olunacaq.
Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq tərtib edilən layihə ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.
Göründüyü kimi, muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Muzeylər, eyni zamanda, elm, maarif müəssisəsi olmaqla keçmişimiz və bu günümüz arasında körpü rolunu oynayır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07

