Vətən deyib yola varan...
16.09.2011 [10:29]
Filologiya elmləri üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin rəhbəri, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi olan Sona Vəliyevanın “Arazbarı” adlı kitabı bu günlərdə işıq üzü görüb. Kitabda tərənnüm edilən vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və Onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir. “Vətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay qaragilə” və “Mən tanrının yol adamı” bölümlərindən ibarət olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda yer alan “Ata evim”, “Salam ata”, “Sərçələrin yurd sevgisi”, “Sökülən evlər, ömürlər, xatirələr” adlı şeirlər maraqlı bir mənzərə canlandırır. Müəllif qələmə aldığı şeirlərdə ata ocağı ilə yanaşı, Arazın o tayı da, Qərbi Azərbaycanda eləcə də, Qarabağda viran edilən yurd yerlərimizi bədii məzmunda təsvir edir.
Qeyd edək ki, bundan öncə Sona Vəliyevanın “Azərbaycançılıq milli ideologiya və və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik və “çəhrayı rəngli dünyam” şeirlər kitabı da geniş oxucu auditoriyasına təqdim edilib və rəğbətlə qarşılanıb.
Maraqlı haldır ki, Sona Vəliyeva milli dövlətçiliyimizin ideya əsası olan azərbaycançılıq ideologiyasının əsaslarını poetik dildə ifadə edərək bir növ milli ideologiyamızı şeir alternativi ilə təqdim etməyi bacarmışdır. Müstəqil Azərbaycan dövlətinin ideya əsası olan azərbaycançılığın xüsusi bədii təsvir və elmi təhlil obyektinə çevrilməsi milli ideologiyamızın öyrənilməsi və mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müəllif araşdırmasında azərbaycançılığın ədəbi-estetik təlimə və milli ideologiyaya çevrilməsinin tarixi zəmini və əsas məqamlarını təhlil etməklə, tədqiqatçılar üçün yeni elmi istiqamət açmışdır. Eyni zamanda, azərbaycançılığın ədəbi-estetik təlimə və milli ideologiyaya çevrilməsinin tarixi zəmini və əsas məqamlarının təhlil edilməsi milli ideologiyamızın mənəvi-ideoloji və siyasi əsaslarının tarixi kontekstdə və çağdaş məzmunda öyrənilməsi işinə xüsusi töhfələr bəxş etmişdir.
“Arazbarı”
Araz boyu bu nə köçdü?
Məndən, səndən, onlar keçdi.
Göz yaşını güllər biçdi,
Yarı bülbül, yarı xarı-
“Arazbarı”.
Tarixlərin səsi, ünü
çay da haqsızlıq sürgünü
Tanrı tikər körpüsünü
Yarı dərd qəm, yarı barı-
“Arazbarı”.
Yollar düyün düşdü çəndə,
özüm yetim öz içimdə
Nə ağacdı bu biçimdə
Meyvəsi ayrılıq dadır-
“Arazbarı”.
Həm varındım, həm yoxundum,
Naxış-naxış hey toxundum,
Yazılmamışdan oxundum
Paramparça, yarı-yarı-
“Arazbarı”.
Göyçə, Şuşa, Təbriz dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdim,
Odum boynumdan yuxarı-
“Arazbarı”.
Yazılarım sətir-sətir,
Göy Tanrının, yer kimindir?
Məni başına döndərin
Araz adlı dərdli yarın-
“Arazbarı”.
Yeddi səsdən, yeddi rəngdən
Hönkürdüm içimdə bərkdən,
Görünməyən göy dirəkdən
Qurulan hasarım, barım-
“Arazbarı”.
“Şeyx Səfi” indi toxundu,
Yer oxundu, göy oxundu,
Qınından çıxan oxuydu-
Tuşlandı sinəmə sarı
“Arazbarı”.
Ahım yandıracaq daşı,
Daşa dönən yar- yoldaşı,
Mən fələyin qarğanmışı
Dərdim bütöv, torpaq yarı-
“Arazbarı”
Evim, ocağım Təbrizdi,
Düyünü, yası, mənsizdi,
“Qaragilə” kimsəsizdi,
Dərd çəkir ellərə sarı-
“Arazbarı”.
Dolu başlar, bulud çağlar,
Göylər yerlə ülfət bağlar.
Araz üstə kimdir ağlar?
Yarı insan, yarı pəri-
“Arazbarı”.
Daş- divarsız bəndim zülüm,
Boynumda kəməndim zülüm
Sümüyə dirəndi zülüm
Səndə hər sirrin açarı-
“Arazbarı”.
“Şuşanın dağları”nı oynayan oğlan
“Şuşanın dağları başı dumanlı”,
İçindən sınmış bir cavan oynayır.
Sındıra-sındıra,
gözləri dumanlı,
başı havalı,
Əl
ləri havada ayağı yerdə.
“Şuşanın dağları” qanını coşdurur,
Toz dumana qarışır,
Elə bil oynaya -oynaya Şuşaya yaxınlaşır.
Sümuklərim ovulur,
Ovum-ovum
Sahibsiz dağlar iti neştər kimi,
İçimi doğrayır
Tikə-tikə, buğum-buğum.
Qayalar nizəyə dönür, gözlərimi oyur,
Bir ağac koğuşu oyulan kimi.
Key-key dayanmışam,
Deyəsən, mən ağrı hissimi də yadırğamışam.
Yüz yüz oynayanı görmür gözlərim,
dağlar üstümə uçur
dağlar üstümə gəlir.
Altında yüzlərlə mənim kimisi inildəyir,
Minlərlə inilti üstümdə
“Şuşanın dağları” dillənir.
Dağ-daş yeriyir
ölülər dirilir, itkinlər geri dönür.
Aman Allah!
Bu oğlan oynaya-oynaya
Şuşaya qayıdış muştuluğu gətirir, elə bil.
Əlləri havada
qışqırır qıy çəkir:
salam Şuşa,
biz qayıtdıq, gələ bilərikmi?
Ay Qaragilə
Bu sevgi özündən əvvəl doğulan,
Səni taleyimə yazdı Yaradan.
Bir ömür yol gəldim, dolanbadolan
Dilim susan oldu, ay Qaragilə.
Gəldim qəlb evinə sevgi olmağa,
Gəldim üsyan edəm ayrılıqlara,
Gəldim qaçıram lap uzaqlara,
Yolum kəsən oldu, ay Qaragilə.
Bu əzab ruhuma doğma, müqəddəs.
Ayrılıq günahsa, necə yuyaq bəs.
Tökmə göz yaşını sel kimi əbəs,
Günah səndə oldu, ay Qaragilə.
Gözümdən alışan kədərə neynim,
Mən hicran danışan qədərə neynim,
Puç olan ömürə, hədərə neynim,
Eşqin dastan oldu, ay Qaragilə.
Bu şəhər özgədir, qərib gəlmişik,
Dolanbac yollarda itib-gəlmişik,
Bizə qismət qəhət, heç bilməmişik,
Sonda duyan oldu, ay Qaragilə.
Yollar
(Naxçıvana yeganə nəqliyyat təyyarədir)
Bənövşə ətirli, Araz nisgilli
Yollarım sərhədsiz dünyamla birdi.
Ulduzlar yoluma çıraq tutanım
Yerlər ayağıma çiçək səpirdi.
İndi səbrim kimi itərəm yolda,
Xəyal qanadına götürər məni.
Salam, anamsız ev, gec gəlib çıxdım,
Mən yolu qınaram, bu yerlər məni.
Min qınaq bir borcu ödəyə bilməz
ölənə, itənə çatmaq da çətin.
Yolu tək ümidi qeyb olanlara
Mənim qollarımı körpü eyləyin.
Atamdır, anamdır qırılan yollar,
İncik naləsindən sızlayır ürək
Gedib ovutmağa üzümüz hanı,
Könlümü almağa kimi göndərək?
Yol əsir, yol küskün, neynəyək, Allah?
Leylasız Məcnundur insansız yollar.
Karvanı kəsilib, qatarı gedib,
Damar tək qoruyur bu cansız yollar.
Hazırladı: üMİDƏ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

