Opera və Balet Teatrı üçün Hacı Zeynalabdin Tağıyev niyə mərcə girmişdi?
28.09.2023 [12:28]
M.BAYRAMLI
Bu gün sizinlə paytaxt Bakımızın memarlıq incilərindən olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına virtual səyahət edəcəyik. Bura Azərbaycanın ən böyük musiqili teatrdır. Bu günlərdə mədəniyyət ocağında cari təmir işləri aparılır. Buna baxmayaraq, qapıları yeni teatr mövsümündə də operasevərlərin üzünə taybatay açıqdır.
Bəlkə, bir qədər tarixin dərin qatlarına yol alaq? 1910-cu ilin sonlarında Bakı milyonçusu Danil Mayılov Rusiyadan Bakıya gəlmiş məşhur opera müğənnisi ilə söhbətləşir. Söhbət əsnasında belə böyük şəhərdə opera binasının olmaması faktı Mayılova bərk təsir edir. Cəmi bir il ərzində opera teatrını tikməyə qərar verir. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev belə bir binanın bir ilə tikilməsinin mümkünsüz olduğunu deyir. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev özü çəkəcək. Belə də olur. Qotik üslubda bina vaxtından öncə – 1911-ci il fevralın 28-də təhvil verilir. Cəmi on ay ərzində memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur.
Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" "Nərgiz" və "Koroğlu" operaları ilə zəngin olub. 1940-cı ildə ilk milli Azərbaycan baleti - "Qız qalası" (E.Bədəlbəyli), "Vətən" (1945, Q.Qarayev və C.Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, E.Bədəlbəyli) operaları məhz burada tamaşaya qoyulub.
Müxtəlif dövrlərdə teatrın səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və başqaları çıxış ediblər.
Bu gün də görkəmli səhnə ulduzlarının iştirakı ilə dünya baletinin məşhur nümunələri teatrda nümayiş etdirilir. Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocaqlarındandır. Repertuarında milli, klassik opera və balet sənətinin dəyərli nümunələri yer alır. Teatrda opera truppası, simfonik orkestr, balet truppası və xor kollektivi fəaliyyət göstərir. Teatrın binasında dəfələrlə bərpa işləri aparılıb. Sonuncu əsaslı bərpa işləri 1985-ci ildə yanğından sonra həyata keçirilib. Sonrakı illərdə də binada cari təmir işləri gerçəkləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25

