İnsanların arzu çələngi!
28.12.2023 [11:44]
Beynəlxalq Kino Günüdür...
Yeganə BAYRAMOVA
Kinonu tərəqqiyə, əmin-aman həyata can atan insanların arzu çələngi də adlandırmaq olar. Ən azından ona görə ki, əsəbləri tarıma çəkən mövzulardan əlavə nağıl, macəra, melodrama, romantika janrlı filmlərdə həyat gözəlliklərini, sevgi anlayışını, insanlığı dəyərləndirən keyfiyyətləri görmək mümkündür.
Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi. Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Lakin bəşəriyyət xroniki sinematoqrafiyanı sevdi. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi. Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışdılar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.
“Danışan” filmlər...
Səsli filmlərin tarixi 1927-ci ildə ABŞ-da “Caz müğənnisi” filmi ilə başlayır. Bu vaxtdan başlayaraq Amerika film istehsalçıları tezliklə səsli filmlərə keçirlər və bütün dünya üzrə bunun geniş yayılmasında aparıcı rol oynayırlar. İlk səsli filmlərin çəkilməsi müəyyən texniki problemlərlə bağlı idi. Dəqiq sinxronizasiya etmək çətinlik yaradırdı. Ona görə də, səsli filmlərin çəkilişi əsasən 1930-cu ildən başlayaraq vüsət alır. 1930-cu ildən başlayaraq Paris, London və Hollivud film sahəsində əsas mərkəzlərə çevrilirlər. Həmin ərəfədə Almaniyada nasional sosialistlərin hakimiyyətə gəlməsi ilə bu sahədə çalışan iki minə yaxın yəhudi əsilli mütəxəssis mühacirət edir. Bununlada Almaniyada bu sahə başqalarına nisbətən geri qalır.
1939-cu illər klassik Hollivud kinosu ərəfəsi sayılır. Burada çəkilən filmlərin mövzusu bəxt və ümid haqqında fantaziyalı təsəvvürlər idi. Filmlərin sonu isə həmişə yaxşılıqla qurtarırdı. Amerikada hökm sürən iqtisadi böhran zamanı belə filmlər rəğbətlə qarşılanırdı. 1940-cı ildən başlayaraq isə artıq filmlərdə reallıq yer almağa başlayır. Amerika studiyaları film sənayesində özlərini möhkəmlədirlər.
Sovet filmləri...
Sovet filmləri hər zaman özünəməxsusluğu ilə seçilib. Sovet kinosu ilk uğuru səssiz filmlər dövründə qazanır. O dövrdə proletar kino sənətində novatorluq Qərbdə bir çoxları üçün maraqlı idi. Sergey Eyzenşteynin işləri kinonun inkişafına öz təsirini göstərir. Çılğınlı 20-ci illərdən sonra SSRİ-də film sənəti sahəsində sakitlik hökm sürür. İkinci Dünya müharibəsindən sonra tək-tək kütləvi auditoriya üçün nəzərdə tutulan Sovet filmləri xaricdə nümayiş etdirilirdi. Bu ilk öncə onunla bağlı idi ki, sovet insanının həyatının məxsusiliyi naməlum və Qərb tamaşaçıları üçün maraqsız idi. Bu filmlər onlar üçün çox primitiv görünürdü. Digər tərəfdən sovet filmləri üçün xarici bazar ideoloji səbəbdən bağlı idi. Ölkə daxilində isə əksinə, sovet filmləri populyar idilər və kinoteatrlar çox vaxt ağzına qədər dolurdu. Bu, ölkəyə küllü miqdarda gəlir gətirirdi. Onu da qeyd edək ki, film sənətinin bir çox janrları senzura tərəfindən qadağan edilmişdi. Buna baxmayaraq SSRİ-də 20-ci əsrin ikinci yarısında dünya filmləri sırasına daxil olan bir neçə istedadlı avanqard kino işləri görülür. SSRİ dağıldıqdan sonra kinoda da yeniləşmə özünü göstərir. Cəmiyyətdəki dəyişiklikləri təsvir edən yeni mövzularda filmlər çəkilməyə başlayır...
Yeni əsrdə kino...
21-ci əsrin başlanması ilə yüksək büdcəli filmlərin çəkilişi davam etməkdədir. Bu arada fantastik filmlər daha geniş yer alır. Üzüklərin hökmdarı trilogiyası, Harri Potter və Ulduz müharibələri kimi filmlər tamaşıçılar arasında sevilən filmlərdəndir. Kompüter texnikasının inkişafı film texnikasından da yan keçməyib. Müasir filmlərin çəkilməsində animasiya filmləri də özünə geniş yer alıb. Əsasən uşaqlar üçün nəzərdə tutulan bu filmlər köhnə multiplikasiya filmlərindən öz keyfiyyətləri ilə fərqlənirlər. Bu sahədə Amerika studiyaları olan “Pixar” və “Disney”in filmləri böyük uğur gətirib.
Azərbaycan kinosu...
Azərbaycan kinosu da böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Ümummilli liderin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub.
Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. Azərbaycanda ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilib.
Özündə bədiiliyi, tarixi, mədəniyyəti, fantastik düşüncə tərzini ehtiva etdirən kinolar hazırda insanların ən gözəl istirahətlərini təşkil edirlər. Xüsusilə də son zamanlarda texnologiyanın inkişafı, yeni formatların, effektlərin gətirilməsi bu sevimli sahəni insanlar üçün daha da baxımlı edib. Kinorejissor, operator, aktyor işinin vəhdətindən əmələ gələn bir başqa ağır və məsuliyyətli işlər də var. Çəkilən əziyyətlərin müqabilində isə hər bir ölkədə bu işlər qiymətləndirilir...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36

