Azərbaycanda yüksək intellektual potensiala malik gənc nəsil formalaşıb
09.10.2014 [09:39]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, Azərbaycan gəncliyi ölkəmizdə intellektual cəmiyyətin formalaşmasına hansı töhfələr verir?
- Azərbaycan cəmiyyətində intellektual resursların səfərbər olunması strateji prioritetlərdən biridir. Dövlətimiz bu məsələyə xüsusi diqqət yetirir. Xüsusilə də, dövlət idarəçiliyində səmərəliliyin artırılması, elmi təşkilatçılıq işinin daha təkmil və nizamlı aparılması, elm və təhsilin inkişafı, gənclərin ictimai-siyasi, elmi fəallığının yüksəldilməsi, müvafiq fond və institutların təsis olunması kimi istiqamətlər stimullaşdırıcı amillər olmaq etibarilə bu kontekstdə xüsusi yer tutur. Əlbəttə, intellektual potensialın səfərbər olunması yaşadığımız dövrdə qloballaşma prosesinin çağırışları və tələblərindən biri kimi çıxış edir. Amma əsas olan məqam kənar təsirlərə ciddi məruz qalmadan - cəmiyyətdaxili ahəngdarlığın pozulmasına izin vermədən milli kadr ehtiyatlarının formalaşdırılmasıdır. Azərbaycanda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi milli maraqlara söykənməklə sistemli xarakter daşıyır və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə adekvatdır. Xüsusilə də idarəetmə sahəsində gənclərə öz imkan və qabiliyyətlərini reallaşdırmağa şərait yaradılması mütərəqqi nümunə kimi çıxış edir. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir”.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda intellektual resursların səfərbər olunması işinə təkan verən amillərdən biri bu siyasətin milli ənənələrə söykənməsidir. Daha da dəqiqləşdirsək, Azərbaycan xalqı tarixinin bütün dövrlərində intellektual ənənələrə, yüksək potensiala malik olub və məhz bu gün cəmiyyət daxilindəki intellektual əsaslar bu ənənələrə, dəyərlərə söykənir.
Hesab edirəm ki, intellektual potensialımızın gücləndirilməsində gəncliyin imkanları xeyli genişdir. Sevindirici haldır ki, bu baxımdan çox müsbət nəticələr var. Bu gün Azərbaycanda yüksək intellektə malik olan gənc nəsil formalaşıb. Təbii ki, bu uğurun arxasında dövlətimizin Azərbaycan gəncliyinə dəstəyi dayanır.
- Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasətin nəticəsi olaraq qazanılan nailiyyətləri necə səciyyələndirərdiniz?
- Ümumiyyətlə, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəsi yüksək kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Bütövlükdə, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olub. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında aparıcı mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü tədbirlər görülür. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini birmənalı şəkildə nümayiş etdirir. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu istiqamətdə böyük işlər görülüb. Burada “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, 2 fevral-Gənclər gününün təsis edilməsini və s. xüsusilə qeyd etmək lazımdır. Onu da xatırlatmaq yerinə düşər ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib. Ulu öndərin 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilib. Beləliklə də, sonradan digər region dövlətlərində də bu ənənənin əsası qoyulsa da, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.
Hazırda Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə inqilabi dəyişikliklər yaradacaq addımlar atmaqdadır. Bu gün ölkəmizdə “Azərbaycan gəncliyinin inkişafı (2011-2015-ci illər)” Dövlət Proqramı icra olunmaqdadır. Bütün bu söylənilənlərin fonunda gənclərin cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal rol oynaması üçün perspektivli, real iş platforması təqdim etməsi kompleks qayğını labüdləşdirib. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və ictimai fəaliyyət platformasında mühüm uğurlar əldə edirlər.
Gənclərin inkişafı üçün yaradılan şərait və imkanların nəticəsidir ki, bu gün gənclər dövlət orqanlarında rəhbər və digər vəzifələrdə təmsil olunurlar. Hazırda ölkədə bələdiyyə üzvlərindən təxminən 4 min nəfəri, yəni 30 faizi, bələdiyyə sədrlərinin 326-sı gəncdir. 82 ali və orta ixtisas təhsil müəssisəsində müstəqillik dövrünün ilk tələbə gənclər təşkilatları və onları birləşdirən Azərbaycan tələbə gənclər təşkilatı ittifaqı yaradılıb.
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası gəncliyin inkişafı baxımından nə kimi üstünlükləri özündə ehtiva edir?
- Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, 2012-ci ildə gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb. Bu konsepsiya Azərbaycan gənclərinin gələcəyə daha inamla baxmasına imkan verir. Çünki Konsepsiyada da göstərildiyi kimi, Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcək. İnkişaf Konsepsiyası ucqar regionlarda yaşayan gəncləri əhatə edəcək, hər bir gəncə bərabər inkişaf imkanları yaradacaq. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə gənc nəslin müasir dünyanın tələblərinə uyğun şəkildə təhsil almasına, onların inkişafına hərtərəfli şərait, imkan var. Prezident İlham Əliyev hər zaman Öz çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, Azərbaycan hakmiyyətinin apardığı siyasətin başlıca məqsədi nefti - qara qızılı insan kapitalına çevirməkdir. Bu baxımdan, ölkəmizdə həyata keçirilən təhsil islahatları mühüm əhəmiyyət kəsb edir.
- Seymur müəllim, bu günlərdə IV Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bu Forumun əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Ölkəmizdə Beynəlxalq Humanitar Forumun keçirilməsi artıq ənənənə halını alıb. Hər dəfə Foruma təxminən 500-ə yaxın qonaq qatılır. Bu qonaqların statistikasına baxsaq görərik ki, onlar yüksək elmi dərəcəsi olan professorlar, Nobel mükafatçılarıdır. BMT-nin, İSESCO-nun, UNESCO-nun ən mötəbər şəxsləri bu foruma qatılıblar. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan stabil bir dövlət kimi tanınır. Azərbaycanda dövlət tərəfindən bu cür tədbirlərin keçirilməsinə dəstək göstərilir. Biz bütün dünyaya humanitar çağırışlar edən böyük bir tədbirə ev sahibliyi edirik. Bunun da ən əsas səbəbi Ulu öndər Heydər Əliyevin Azərbaycanı tolerant, sülhsevər, yardımsevər bir dövlət kimi dünyaya təqdim etməsidir. Ona görə də, Azərbaycana dünya dövlətləri tərəfindən böyük maraq göstərilir. Hal-hazırda da Prezident İlham Əliyev əsası Ulu öndər tərəfindən qoyulan siyasəti uğurla davam etdirir. Ümumiyyətlə, belə mötəbər Forumun ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

