/ / Şəhidlər, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması böyük əhəmiyyət kəsb edir
Şəhidlər, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması böyük əhəmiyyət kəsb edir
10.04.2021 [09:09]
Milli Məclisin deputatı Sevinc Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısı haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan dövləti tərəfindən uğurlu sosial siyasət həyata keçirilir. Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin, veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli də sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə dövlətimizin böyük diqqət və qayğısı mövcuddur.
Azərbaycan postmüharibə dövrünə çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil olub. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda, qeyd olunan şəxslərin yaxınlarını əhatə edir. Dəstək istiqamətləri isə genişdir, buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində və kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək işləri daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib.
Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9200-dən çox mənzil və fərdi ev verilib. Təkcə 2020-ci ildə bu kateqoriyadan olan insanlara 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı ilə bu il ərzində isə 3 min mənzil və fərdi ev veriləcək. Hazırda keçmiş köçkünlər üçün inşa olunan mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 5 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim ediləcək. Həmçinin ötən dövrdə müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib.
- Bu kateqoriyadan olan insanların məşğulluq proqramlarına cəlb edilməsi, eləcə də reabilitasiyası üçün hansı addımlar atılır?
- Şəhid ailələrinə, qazilərə, erməni terrorundan zərər çəkən şəxslərə aktiv məşğulluq proqramları çərçivəsində dəstək verilir. Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 3700-ə yaxın şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 3030-u, o cümlədən 1200 şəhid ailəsinin üzvü özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələr qurulub.
Dövlət başçısının göstərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm bazadır. Cənab Prezidentin iştirakı ilə bu il fevralın 25-də açılan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun bərpa müalicəsi şəraiti yaradılıb. Bu reabilitasiya müəssisəsi ildə 5 minə yaxın əlilliyi olan şəxsə qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir. Həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından etibarən yüksəktexnologiyalı, elektron protezlərlə təminatına başlanılıb. Qeyd olunan yüksəktexnologiyalı protezlərlə yanaşı, müharibədən sonrakı dövrdə 210 qaziyə də 1220 reabilitasiya vasitəsi verilib. Bu yaxınlarda isə qazilərimizin mühərrikli təkərli oturacaqla təminatına başlanılıb.
- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda müəyyən dəyişikliklər nəzərdə tutulur. Artıq parlamentdə bu barədə qanun layihələri birinci oxunuşda qəbul olunub. Sizcə, bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- Aprelin 2-də Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişikliklər edilməsi məsələsi də əhəmiyyətlidir. Bu dəyişikliklərə əsasən, şəhidlər, şəhidlərin ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyənləşdirilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaq.
“Veteranlar haqqında” Qanuna təklif olunan dəyişiklik də müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində müharibə veteranlarının reyestrinin elektron formada aparılmasını nəzərdə tutur. Artıq bu sənədlər parlamentdə birinci oxunuşda qəbul olunub. Təbii ki, dəyişikliklər həmin kateqoriyadan olanların maraqlarına uyğundur və şəffaflığın təmin olunmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir. Bütövlükdə, onu qeyd etmək istərdim ki, görülən bu işlərin hamısı bəşəriyyəti cənginə alan pandemiya dövründə həyata keçirilir. Bu, bir daha göstərir ki, cənab Prezident, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına nə qədər böyük diqqət ayırır. Onlar bu diqqətə layiqdirlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45

