Parlament seçkiləri beynəlxalq təşkilatların diqqətində
19.07.2024 [10:20]
MDB Parlamentlərarası Assambleyası ölkəmizdə parlament seçkilərini izləmək üçün müşahidəçilər qrupu formalaşdırır
Ölkəmizdə keçiriləcək parlament seçkiləri ictimai-siyasi gündəmin əsas mövzularından biridir. Seçki günü yaxınlaşdıqca siyasi fəallıq da əhəmiyyətli dərəcədə artır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamına əsasən, seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək.
Bir sıra beynəlxalq təşkilatlar artıq sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklərini bəyan ediblər. Təbii ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, bütün sahələrdə olduğu kimi, demokratik prinsiplərə sədaqət, seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi istiqamətində siyasi iradə nümayiş etdirib. Ölkəmiz istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də prosesin şəffaf və bərabər prinsiplər əsasında inkişafı yolunda əsaslı addımlar atıb. Bu baxımdan, beynəlxalq qurumların qarşıdan gələn parlament seçkilərinə verdiyi önəm anlaşılandır.
Yeri gəlmişkən, sentyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün artıq bir sıra təşkilatlara dəvət göndərilib. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərin suallarına cavab olaraq bildirib ki, MSK 26 ölkənin seçki qurumuna müşahidəçilik üçün dəvət göndərib. Bundan əlavə, MDB Parlamentlərarası Assambleyası (MDB PA) sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləmək üçün müşahidəçilər qrupu formalaşdırır. “Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu yaradılır”, -deyə qurumun mətbuat xidmətindən bildirilib.
Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə uyğun olaraq seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımları atır. Belə addımlardan biri də seçki komissiyalarının üzvləri üçün treninqlərin, seminarların keçirilməsidir. Bu baxımdan, aşağı seçki komissiyalarında da keçirilən tədbirlər seçki prosesinin yüksək səviyyədə təşkili baxımından önəmlidir. Mövzu ilə bağlı MSK üzvü Qabil Orucov jurnalistlərə açıqlamasında deyib ki, regional seminarlar aşağı seçki komissiyalarında seçki qanunvericiliyi normalarının düzgün tətbiq edilməsinə töhfə verəcək. O bildirib ki, ölkə Prezidentinin milli fəaliyyət planının təsdiq edilməsi ilə bağlı müvafiq sərəncamına və MSK-nın təqvim planına uyğun olaraq, mövcud seçki prosesində də aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir: “Hazırda regionlar üzrə keçirilən seminar da məhz bu tədbirlərin tərkib hissəsidir. Bu seminarlar aşağı seçki komissiyalarında seçki hüquqpozmaları ilə əlaqədar şikayətlərə baxılması və araşdırılması üçün yaradılmış ekspert qrupunun üzvləri ilə bir çox məsələlərin müzakirəsinə, həmçinin qarşıya çıxacaq hər hansı bir problemin aradan qaldırılmasına hədəflənmiş tədbirdir”. MSK üzvü əlavə edib ki, belə tədbirlər aşağı seçki komissiyalarının seçki qanunvericiliyinin normalarını düzgün tətbiq etmələrinə töhfə verən mühüm tədbirlərdən biridir.
Bir sözlə, seçkiləri yüksək səviyyədə keçirməklə Azərbaycan dövləti demokratik seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq öhdəliklərə riayət etdiyini, eləcə də, seçki prosesində bütün iştirakçıların seçki hüquq və azadlıqlarının təmin olunduğunu bir daha nümayiş etdirəcək. Seçki kampaniyası dövründə həyata keçirilən bütün tədbirlər məhz bu məqsədə xidmət edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

