BTQ-nin sifarişi ilə...
23.07.2024 [10:20]
Fransız Kolonializmi ilə bağlı hesabat təqdim edildi
Üç gün davam edən II Şuşa Qlobal Media Forumu dünən başa çatıb. İyulun 20-də öz işinə başlayan Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak edib.
Forum çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabat təqdim edilib. Təqdimat müəllif və BTQ-nin icraçı direktoru Abbas Abbasov tərəfindən edilib.
Mühüm tədqiqat...
140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları - Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaklar), Fransız Polineziyası (Maohi Nui), Sen-Martin, Sen-Bartelemi, Mayotta (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinika, Qvadelupa və Fransız Qvineyasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir. Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər, BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.
Xüsusi olaraq qeyd olunur ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur. Bunun beynəlxalq ictimaiyyəti yerli kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.
Niderlandın koloniyalarına da dəstək veriləcək
Tədqiqat Fransa hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək. Tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.
Bundan başqa, Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb. Hesabatın təqdimatı zamanı BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbəri olduğu təşkilatın bundan sonra da həmin istiqamətdə fəaliyyəti davam etdirəcəyini söyləyib.
BMT-nin eksperti Karlayl Korbin isə BMT-nin Nizamnaməsində kolonializmi rədd etdiyini, eləcə də bu sənəddə kalqların bərabər hüququnun təsbit olduğunu söyləyib. O, deyib ki, Fransanın III Respublika dövründə qəbul olunan konstitusiyada da müstəmləkə müddəaları yer alıb: “Orada göstərilirdi ki, yerli əhalinin bu ərazilərdə mövcudluğu yalnız rəmzi xarakter daşıyırdı. IV Respublika dövründə yaradılan yeni idarəetmə üsulunda rəhbər şəxslərin 50 faizini fransızlar təşkil edirdi. Yeni konstitusiyadan həmçinin “müstəmləkə” anlayışı çıxarılmışdı. 1956-cı ildəki qanuna əsasən Fransa hakimiyyətində təmərküzləşmə baş vermiş, Fransa birliyi icma ilə əvəz olunmuşdu. 1982-1983-cü illərdə burada baş verən islahatlar əsasən ərazi adlarının dəyişdirilməsi kimi təzahür edirdi. O dövrdə burada icmalar və iki xüsusi ərazi vardı. Bu ərazilər indiyədək qalmaqdadır. Onların əksəriyyəti hələ də Fransanın ərazisi sayılır. Həmin dövrdəki referendumda Qvadelupe və Martinik kimi dövlətlər dəyişikliyin əleyhinə səs vermişdi. Karib hövzəsində keçirilən referenduma isə kənardan müdaxilə var idi. Onları inandırmağa çalışırdılar ki, dəyişikliklərə səs verilsə, müstəqillik tamamilə itiriləcək”.
Layihə oktyabr ayına kimi davam edəcək...
Xatırladaq ki, ötən ay, yəni iyunun 2-də Fransız Polineziyasının nümayəndə heyəti ilə BTQ arasında keçirilən məsləhətləşmələrdə təşkilatın Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə artıq icrasına başladığı “Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” qrant layihəsinin fəaliyyətləri müzakirə olunmuşdu.
Tədbirdə Tavini Partiyasının layihənin icrasına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılmışdı. Layihə çərçivəsində Fransanın kolonializm və neokolonializm siyasəti yürütdüyü dənizaşırı ərazilərdə baş verən insan hüquqlarının pozulması halları barədə hüquqi təhlil aparılacaq, təfsilatlı hesabat hazırlanaraq beynəlxalq təşkilatlara və digər aidiyyəti maraqlı tərəflərə təqdim olunması nəzərdə tutulurdu.
Eyni zamanda bildirilmişdi ki, layihə cari ilin iyun-oktyabr aylarını əhatə edəcək. Qeyd edək ki, Fransız Polineziyasının nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəvəti ilə ölkəmizdə səfərdə idi və müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdu.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

