Strateji valyuta ehtiyatlarımız 45 milyard dollar səviyyəsindədir
15.11.2012 [00:29]
Prezident İlham Əliyev: Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir
Məlum olduğu kimi, iqtisadi təhlükəsizlik üçün zəmanəti təmin edən strateji valyuta ehtiyatları Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb. Belə ki, cari ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız 43 milyard dolları keçib, 9 ayın yekununa görə isə 45 milyard dollar səviyyəsindədir. Azərbaycanda strateji valyuta ehtiyatlarının artım tendensiyasının qarşıdakı illərdə daha intensiv xarakter alacağı proqnozlaşdırılır. Xatırladaq ki, bu göstərici 2009-cu ildə 20,4 milyard dollar, 2010-cu ilin sonunda 30 milyard dollara yaxın, 2011-ci ilin sonunda isə 40 milyard dollardan çox olub.
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev sözügedən məsələyə toxunaraq, deyib ki, ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir: “Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq, biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək”.
Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivlərindən, Mərkəzi Bankın ehtiyatlarından və hökumətin depozitlərindən formalaşır. 2012-ci ilin əvvəlində Dövlət Neft Fondunun aktivləri 2011-ci ilin əvvəli (22.766,8 milyon ABŞ dolları) ilə müqayisədə 30,9 faiz artaraq 29 milyard 800 milyon dollar olub. 2011-ci ildə fondun büdcə gəlirləri 15 milyard 628,3 milyon manat, büdcə xərcləri isə 9 milyard 606,6 milyon manat təşkil edib. Dövlət Neft Fondunun məlumatına görə, 2012-ci ilin yanvar-mart ayları ərzində fondun büdcə gəlirləri 3 milyard 586,9 milyon manat, xərcləri isə 1 milyard 919,9 milyon manat olub.
Bütövlükdə valyuta ehtiyatlarının ildən-ilə çoxalması, iqtisadi artımın qeyri-neft sektorundan qaynaqlanması, inflyasiyanın idarə olunan birrəqəmli səviyyədə saxlanması davamlı inkişafa möhkəm zəmin yaradıb. Bu ilin 9 ayında Azərbaycanın qeyri-neft sektoru 10 faizdən artıq yüksəlib və ümumiyyətlə, son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz bəndindən çox artıb. Cari ildə ölkədə qiymətli kağızlar bazarının həcmində isə 34 faiz artım qeydə alınıb. Hazırda Azərbaycan orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min dolları ötüb və bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur. Belə bir inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşmaqdadır. Ölkənin investisiya-kredit reytinqinə gəlincə isə Azərbaycan top-reytinqin - A zonasının cəmi 2 addımlığındadır.
Azərbaycanın ticarət və tədiyyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. Bu gün ölkədə ixracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 milyard ABŞ dolları həcmində gözlənilir. Xidmətlər ixracı da böyüyür və ümumilikdə, qeyri-neft ixracının 60 faizinə bərabərdir. Tədiyyə balansında ilin sonuna 16-17 mlrd. dollar həcmində profisit gözlənilir, strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-nin 70 faizinə çatır ki, bu göstərici üzrə Azərbaycan dünyada ilk onbeşlikdə yer alır.
Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
Bank sektoruna gəlincə, bankların kapitallaşma səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18 faiz, son 4 ildə 49 faiz artıb. Bank aktivləri cari ildə 11 faiz, son 4 ildə isə 51 faiz yüksəlib. Bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 65 faiz təşkil edir. Əhalinin müddətli əmanətlərində cari ildə 8 faizdən çox artım olub və dünya iqtisadi böhranının başlandığı dövrdən indiyədək əhalinin əmanətləri 2,3 dəfə yüksəlib. Bank aktivlərinin maliyyələşməsində xarici borcun payı son 4 ildə 20 faizdən 13 faizədək azalıb. Sektorun likvid aktivləri xarici borc öhdəliklərini 100 faizdən çox ötür. Ölkənin qızıl valyuta ehtiyatlarının alət, valyuta və coğrafi şaxələndirilməsi artıq həyata keçirilməyə başlanılıb. Burada əsas məqsəd təbii ki, etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır. Əlavə edək ki, 2012-ci ilin birinci rübündən etibarən Dövlət Neft Fondu qızılın alınmasına başlayıb və oktyabrın 1-dək 10 891 kq və ya 350 146 troya unsiyası həcmində qızıl alıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

