/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasim keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasim keçirilib
17.11.2012 [10:03]
Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə noyabrın 15-də Romada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasim keçirilib.
Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Romada təşkil olunan mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 15-də bir sıra görüşlər keçirib.
Baş nazirin müavini Elçin Əfəndiyev əvvəlcə Romanın Villa Borgezzi parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət edib.
Elçin Əfəndiyev sonra Roma şəhərinin meri Canni Alemanno ilə görüşüb. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyanın mədəni irsinin bərpasına göstərdiyi yardımlar yüksək qiymətləndirilib. Həmçinin, Nizami Gəncəvinin timsalında Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə Roma meriyasına minnətdarlıq ifadə olunub.
Baş nazirin müavini Elçin Əfəndiyevin İtaliyanın mədəniyyət naziri Lorentso Ornagi ilə görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdiyi və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Noyabrın 15-də axşam Romanın “Auditorium Parco Della Musica” konsert və festivallar sarayında keçirilən “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasimdə çıxış edən Elçin Əfəndiyev Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 20 illiyinin yüksək səviyyədə qeyd olunmasını tarixi hadisə kimi dəyərləndirib. Bildirilib ki, xalqlarımızı tarixi bağlar birləşdirir və ölkələrimiz arasındakı əlaqələr bu gün sürətlə inkişaf edir. Rəsmi səviyyədə həyata keçirilən səfərlər isə bu əlaqələri daha da möhkəmləndirir.
Qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Baş nazirin müavini ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Elçin Əfəndiyev bu münaqişənin tezliklə sülh yolu ilə həllinə ümidvar olduğunu bildirib.
Bu möhtəşəm tədbirin təşkilində Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən Elçin Əfəndiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb.
Sonra ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edilən “Azərbaycan: mədəniyyət ruzigarı” adlı təntənəli mərasimin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
Daha sonra Xalq Artisti Teymur Göyçayevin drijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri möhtəşəm konsert proqramı ilə çıxış edib.
Beləliklə, Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 20 illiyinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Romada qeyd olunması böyük bayram əhval-ruhiyyəsi yaradıb. Bu konsert proqramında səslənən mədəniyyət incilərimiz mərasimə gələn hər kəsdə Azərbaycan haqqında unudulmaz təəssürat yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

