/ / Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib
Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib
29.11.2012 [01:24]
Bakının Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir.
AzərTAc xəbər verir ki, səfərin məqsədi Azərbaycan ilə Rusiya, xüsusilə Həştərxan vilayəti ilə Nərimanov rayonu arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə etmək, hazırda Həştərxan şəhərində uğurla həyata keçirilən layihələrin gedişi ilə yerində tanış olmaqdır. Səfər çərçivəsində nümayəndə heyəti Həştərxan vilayətinin rəhbərliyi, o cümlədən qubernator Aleksandr Jilkin və Həştərxan şəhərinin meri Mixail Stolyarov ilə işgüzar görüşlər keçirib. Görüşlərdə əlaqələrin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. Tərəflər, həmçinin hazırda Həştərxan şəhərində Knyaz Vladimirin heykəlinin ucaldılması və ətraf ərazidə parkın salınması ilə əlaqədar layihənin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Qubernator Aleksandr Jilkinlə görüşdə Bakıda Azərbaycan-Həştərxan dostluğunun rəmzi olan parkın salınması məsələsinə də toxunulub.
Səfər çərçivəsində Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli orta məktəbin akt zalında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Həştərxan bölməsinin fəal üzvləri ilə görüş keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyevin, Həştərxan şəhərinin meri Mixail Stolyarovun və digər rəsmilərin iştirak etdikləri görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla xanım Əliyevanın adından məktəbin əlaçı şagirdlərinə, fərqlənən müəllimlərinə və təşkilatın Həştərxan bölməsinin fəal üzvlərinə qiymətli hədiyyələr və kompyuter dəstləri təqdim edilib.
Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin möhtəşəm abidə kompleksinin açılışı, şəhərin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Heydər Əliyev parkı ilə I Pyotrun abidə kompleksini birləşdirən piyada keçid körpüsünün və “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı və Knyaz Vladimirin heykəlinin təməlqoyma mərasiminin keçirilməsi Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin dinamik inkişafının bariz nümunələridir. Xatırladaq ki, həmin layihələr Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib.
Görülən genişmiqyaslı işlərin davamı olaraq cari ilin sentyabrında piyada keçid körpüsünün və “Arzu” uşaq əyləncə şəhərciyinin açılış və Knyaz Vladimirin heykəlinin təməlqoyma mərasimlərində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva IDEA kampaniyası çərçivəsində müxtəlif tədbirlərin, o cümlədən Həştərxan məktəbliləri arasında “Təbiəti mühafizə” mövzusunda inşa müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Müsabiqəyə gələn ilin fevralında yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12

