Alen Simonyana xatırlatma
03.10.2024 [11:40]
İcma: Belə bəyanatların Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə işlər aparılır, Qərbi Azərbaycan İcması, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri müvafiq beynəlxalq təşkilatlara müraciətlər edirlər.
Simonyan Qərbi azərbaycanlıların qayıdışı məsələsini təhrif edir
Ermənistanda isə məsələ “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib. Bugünlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mövzu ilə bağlı açıqlaması da bu “narahatlığın” göstəricisidir. Bununla əlaqədar Qərbi Azərbaycan İcması bəyanat verərək Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ barədə Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyib. Qeyd edilib ki, Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün “insan hüquqları” arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.
“Simonyanın azərbaycanlıları “öz tarixi yurdlarını axtarmaq” adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur”,-deyə vurğulanan bəyanatda diqqətə çatdırılıb ki, Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib.
Monoetnik dövlətçilik
Məlumdur ki, azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində mükafatlandırılıb və təltif olunublar. Bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb və onları Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi ən azı riyakarlıqdır.
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışını dəstəkləməlidir
Görünən odur ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin Simonyan kimi rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Konsepsiyada bildirilir ki, Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

