/ / Azərbaycan Respublikasının Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı etimadnaməsini Avropa İttifaqı Şurasının prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı etimadnaməsini Avropa İttifaqı Şurasının prezidentinə təqdim edib
10.01.2013 [01:28]
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Fuad İsgəndərov yanvarın 8-də etimadnaməsini Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuya təqdim edib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Avropa İttifaqı Şurasının prezidentinə çatdırıb, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında prinsipial, bərabərhüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, etibarlı tərəfdaşlardan biri olduğunu bildirib. Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, infrastruktur və sosial-iqtisadi inkişaf layihələri barədə Herman van Rompuya ətraflı məlumat verən F.İsgəndərov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyətin çox təhlükəli olduğunu və onun bütün region üçün daşıdığı təhdid amillərini xüsusi vurğulayıb. Diplomat, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqun davamlı inkişafında və Şərq Tərəfdaşlığından da geniş coğrafi məkanda Avropa dəyərlərinin tədricən yayılmasında ölkəmizin müstəsna rolu barədə fikirlərini bölüşmüşdür.
Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy Prezident İlham Əliyevin həm onunla, həm də Aİ-nin digər yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi bütün görüşlər barədə xoş təəssüratlarını qeyd edib, dövlətimizin başçısının ölkəsinin Avropa İttifaqı nümunəsində müasirləşməsinə və inkişaf etməsinə böyük önəm verdiyinin şahidi olduğunu deyib. Herman Van Rompuy Azərbaycanın dostu olaraq bu məqsədə töhfə verməkdən məmnunluğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş edib.
Herman van Rompuy Aİ-Azərbaycan münasibətlərinin ildən-ilə inkişaf etdiyini, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində fəal iştirakının vacib olduğunu və bir sıra əməkdaşlıq sahələrində tərəqqinin əldə edildiyini xüsusi vurğulayıb. Aİ Şurasının prezidenti Azərbaycanın Avropada formalaşan müsbət imicinin siyasi və iqtisadi islahatların davam etdirilməsi ilə daha da güclənəcəyinə əmin olduğunu bildirib və bundan sonra ölkəmizlə güclü tərəfdaş münasibətlərinin formalaşması üçün lazımi zəminin artıq yaradıldığını qeyd edib. Herman Van Rompuy cari ildə Azərbaycanda növbəti prezident seçkilərinin də ədalətli və şəffaf keçiriləcəyinə və gənc müstəqil ölkəmizdə demokratiya dəyərlərinin getdikcə təkmilləşdiriləcəyinə əminliyini bildirib. Avropa İttifaqının rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 26 dekabr tarixli Sərəncamı ilə 87 məhbusun əfv olunmasının Aİ tərəfindən rəğbətlə qarşıladığını da qeyd edib. Bundan başqa, Avropa İttifaqı Şurasının prezidenti Aİ-nin Azərbaycan ilə əməkdaşlıq dialoqunda enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığının getdikcə gücləndirilməsində ölkəmizin oynadığı mühüm rolu qeyd edərək, “Cənub” qaz dəhlizinin məhz Azərbaycanın səylərinə görə tezliklə reallığa çevriləcəyindən məmnun olduğunu söyləyib.
Herman Van Rompuy Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib, bu mövzuya son Aİ-Rusiya sammitində Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə də toxunduğunu və münaqişənin həlli prosesinə Aİ-nin töhfə vermək niyyətində olduğunu qeyd edib.
Sonda Avropa İttifaqı Şurasının prezidenti F.İsgəndərova yeni vəzifəsində uğurlar arzulayıb, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq dinamikasının inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

