/ / Azərbaycan yalnız iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində Avropa İttifaqının və NATO-nun mühüm tərəfdaşıdır
Azərbaycan yalnız iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində Avropa İttifaqının və NATO-nun mühüm tərəfdaşıdır
17.01.2013 [02:28]
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov yanvarın 15-də bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Andre Flao (Andre Flahaut) ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə diplomat Azərbaycanın regiondakı yeri və rolu barədə ətraflı məlumat verərək ölkəmizin daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulayıb. F.İsgəndərov Azərbaycanın mürəkkəb bir coğrafi məkanda yerləşdiyini nəzərə alaraq respublikamızın müstəqillik əldə etdikdən sonra Avropaya və Avropa institutlarına inteqrasiya yolunu tutduğunu qeyd edib. Səfir Azərbaycanın yalnız iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində Avropa İttifaqının və NATO-nun mühüm tərəfdaşı olduğunu, ölkəmizin dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında fəal iştirak etdiyini diqqətə çatdırıb.
Parlamentlərarası münasibətlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində rolunun danılmaz olduğunu vurğulayan F.İsgəndərov qanunverici orqanların əməkdaşlığının daha da intensivləşəcəyinə əminliyini bildirib.
Səfir A.Flaonu Azərbaycana dəvət edib.
A.Flao Azərbaycanın Belçika parlamentində müxtəlif partiyaları və regionları təmsil edən deputat dostlarının olduğunu sevindirici hal kimi qiymətləndirib. O, dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərlə yanaşı, parlamentlərarası səfərlərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
F.İsgəndərov A.Flaonun Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə dair sualına cavab olaraq respublikamızın qonşu ölkələrlə münasibətləri, regionda həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Avropa ölkələrinin uzunsürən münaqişələrdən sonra bir araya gəlməsi, iqtisadi ittifaqın yaradılması, demokratik proseslərin təkmilləşdirilməsi təcrübəsinin Cənubi Qafqaz ölkələri üçün bir model ola biləcəyini qeyd edən səfir bunun əsasında siyasi iradənin və qonşu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin dayandığını vurğulayıb. Diplomat qeyd edib ki, Ermənistanın apardığı işğalçılıq siyasəti regionda bu modelin tətbiq olunmasına imkan vermir. Səfir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkiləcəyi təqdirdə regional əməkdaşlığın qapılarının bu ölkə üçün də açıla biləcəyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxİdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27

