“Reuters”in siyasi oyunbazlığı
05.02.2013 [01:15]
XXI əsr beynəlxalq siyasi arenada yeni oyunçuların rolunun artması ilə xarakterizə olunur. Artıq dövlətlər, beynəlxalq təşkilatlar kimi ənənəvi aktorlarla yanaşı, qeyri-hökumət təşkilatları, beynəlxalq media orqanları, transmilli şirkətlər qlobal proses və trendlərə fəal müdaxilə edirlər.
Qloballaşma əsrində bu tendensiya nə qədər qaçınılmaz olsa da, fundamental demokratik prinsiplərlə bəzi məqamlarda uyğunsuzluq yaradır. Belə ki, qlobal media orqanlarının azad mətbuat, tərəfsiz və doğru informasiya, ədalətli yanaşma prinsiplərinə nə qədər sadiq olduğu şübhə doğurur. Eyni sözləri qeyri-hökumət təşkilatlarının siyasiləşdirilmiş hesabatları haqqında da demək olar.
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində informasiya mühüm, bəlkə də, həlledici əhəmiyyətə malikdir. İnformasiyanın ötürülməsi hadisələrə sürətli təsir, geniş auditoriyaya nüfuz, siyasi və iqtisadi təzyiq vasitəsi kimi böyük rol oynayır. Hazırda dünyanın informasiya təminatından olduqca asılı olduğunu nəzərə aldıqda, qlobal media orqanlarının tərəfsiz yanaşması siyasi proseslərin axarına ciddi təsir göstərə bilər. Mətbuatda yayılan hər hansı bir dezinformasiyanın acınacaqlı nəticələri ədalət anlayışına ancaq zərər gətirir.
Günümüzdə dünyada qlobal media qurumları informasiya axınını inhisara alıblar. Müşahidələr göstərir ki, media nəhənglərinin məqsədlərinə uyğun gəlməyən xəbərlərin dünya ictimaiyyətinə çatdırılması praktiki olaraq mümkün deyil. Bu da bir reallıqdır ki, qlobal məkanda əksər media orqanları Qərbə məxsusdur. Bu gün bütün dünya “Reuters” (London), “Associated Press” (Nyu-York), “CNN” (Atlanta), “New York Times Servis” (Nyu-York), “Agence France-Press” (Paris) kimi xəbər agentliklərinin məlumatlarını alıb ötürməklə informasiya təminatını həyata keçirir. Bu qurumlar planetdə böyük şəbəkə qurublar və dünya ictimaiyyətini informasiya ilə təmin edirlər.
Alternativ olaraq nə Çin, nə Rusiya, nə də hər hansı bir digər dövlətə bağlı media qurumu qlobal əhatə dairəsinə malik deyil. Son dövrlər “Əl-Cəzirə” telekanalını bu mənada müəyyən qədər fərqləndirmək olar. Lakin bu kanalın “ərəb oyanışı” zamanı təqdim etdiyi informasiyanın birtərəfli olması onun da qlobal media şəbəkəsində bir həlqə olduğunu güman etməyə əsas verir. İnformasiya birtərəfli olduğu halda isə daha çox monopoliyaya xidmət edir və məqsədli olur. Dünya ictimaiyyəti bir sıra hallarda reallıqla deyil, bu agentliklərin istədiyi şəkildə məlumatlandırılır.
Müşahidələr göstərir ki, bu gün bir çox qlobal media orqanları artıq informasiyanın ötürülməsi ilə deyil, onu siyasi məqsədlərə uyğun təqdim etməklə məşğuldurlar. Bir çox xəbər telekanalları gün ərzində eyni informasiyanı bir saatda 2, bəzən isə 3 dəfə təkrar təqdim edirlər. Hər hansı bir hadisə ilə bağlı süjet həftələrlə gündəmdən düşmür.
Digər tərəfdən isə, bu media monopoliyalarının siyasətinə uyğun gəlməyən xəbərlərin isə üstündən keçilir. Misal üçün, Suriyadakı hadisələrlə bağlı məlumatlar geniş işıqlandırıldığı halda, digər bir qaynar nöqtə Myanmada müsəlman arakanların qırılması ekrandan kənar qalır. Bu cür ikili standartlar nəyə xidmət edir? Beləliklə, belə qənaətə gəlmək olar ki, artıq siyasiləşmiş mətbuat informasiya təminatı deyil, informasiya təzyiqi vasitəsi funksiyasını yerinə yetirir.
Müşahidə olunan məqamlardan biri də odur ki, müstəqil xarici siyasət həyata keçirən dövlətlər də qlobal media qurumlarının hədəfinə düşür. Bu isə yazıların sifarişli olduğunu və siyasi təzyiq vasitəsi olduğunu bir daha təsdiq edir. Bu mənada “Reuters” agentliyinin Azərbaycana qarşı davam edən kampaniyasını xüsusi qeyd etmək istərdik. Biz artıq dəfələrlə “Reuters” agentliyinin Azərbaycana qarşı xüsusi qərəzli münasibətinin şahidi olmuşuq.
Bir müddət əvvəl “Reuters” agentliyinin İrana qarşı Azərbaycan-İsrail əməkdaşlığı ilə bağlı dərc etdiyi məqalə açıq-aşkar siyasi sifariş və riyakarlıq idi. Məqalədə irəli sürülən İrana qarşı Qərbin mümkün hücum planlarında Azərbaycan-İsrail əməkdaşlığı barədə iddia heç bir mənbə olmadan, şayiələrə əsaslanan bir təxəyyülün məhsulu idi.
Bəs qlobal media orqanının professionallığı və tərəfsiz yanaşması harada qaldı? “Reuters” kimi bir agentliyin informasiyanı mənbələr olmadan, tərəflərin mövqeyini əks etdirmədən, siyasi sifarişə uyğun olaraq təqdim etməsi heç bir prinsipə sığmır.
Məlum olduğu kimi, son dövrlər Azərbaycanın yerləşdiyi regionda geosiyasi vəziyyət olduqca gərgindir. İranla Qərb arasında münasibətlər kəskinləşmişdir, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur və anti-İran koalisiyası yaranmışdır. Belə bir şəraitdə region ölkələrindən də bu mübarizədə istifadə etməyə çalışırlar. Azərbaycanın bununla bağlı mövqeyi birmənalıdır. Dövlət rəhbərliyi səviyyəsində bildirilmişdir ki, Azərbaycan, ümumiyyətlə, ərazisində hər hansı bir ölkənin hərbi qüvvələrinin yerləşməsinə icazə vermir. Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı əməliyyatlar aparılmasına qətiyyən yol verməyəcəkdir. İran və Azərbaycan dərin tarixi köklərə söykənən dost və qonşu ölkələrdir. Görünən odur ki, bu mövqe hansısa qüvvələri qane etmir və buna görə də “Reuters” siyasi oyunların alətinə çevirirlər.
“Reuters” isə bu oyunda öz funksiyasını yerinə yetirmək üçün təkcə materialı dərc etməklə kifayətlənməyib, məqaləni İsraildə nəşr olunan “Jerusalem Post” qəzetində də nəşr etdirdi. Daha sonra isə “Reuters”-in həmin məqaləni dünyanın bir sıra ölkələrində, xüsusilə Pakistan və digər müsəlman ölkələrində dərc etmək üçün bu ölkələrə təzyiq göstərməsi də məlum oldu.
Bir məqamı da qeyd etmək lazımdır ki, “Jerusalem Post” qəzeti də bu kampaniyada sadə bir oyunçu olmaqdan yuxarı mövqe ortaya qoymadı. Halbuki qərəzsiz media həqiqəti araşdırmaq üçün ekspertlərin, hər iki tərəfin rəsmi dairələrinin də mövqeyini əks etdirməli idi.
“Reuters”-in Azərbaycana qarşı kampaniyası isə davam etməkdədir. Bir müddət əvvəl agentlik ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanı ən təhlükəli ölkələr sırasında göstərdi. Azərbaycan Əfqanıstan, Sudan, Liviya, Somali, Yəmənlə eyni dərəcədə təhlükəli ölkə kriteriyasına daxil edilir. Faktiki müharibə şəraitində olan bu ölkələrlə Azərbaycanı eyni qrupa daxil etmək hansı məntiqə sığır? Təkcə bu yanaşma “Reuters”-in qərəzli və sifarişlə hərəkət etdiyini sübut etmək üçün kifayətdir. Ömründə bircə dəfə Azərbaycanda olan hər hansı bir jurnalist, diplomat və ya adi bir vətəndaş bütün bunların qərəzli və uydurma olduğunu təsdiq edər.
Məqsəd aydındır. Müstəqil siyasət həyata keçirən Azərbaycan sürətlə inkişaf edir. Nəhəng layihələrə imza atır, böyük tədbirlərə ev sahibliyi edir. Bu cür dezinformasiya yaymaqla Azərbaycana turistlərin gəlməsini, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu, tədbirlərə yüksək səviyyəli qonaqların gəlməsinin qarşısını almaq istəyirlər.
Lakin Azərbaycanın əldə etdiyi uğurlar bu siyasi oyunbazların məkrli niyyətlərinin iflasa uğradığını göstərir. Bu gün Azərbaycanda tam siyasi sabitlikdir. Ölkəyə gələn əcnəbilər, xarici diplomatlar Azərbaycanın, hətta ən ucqar regionuna belə tam təhlükəsiz səyahət edə bilir. 2013-cü ildə Azərbaycan Davos İqtisadi Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək. Ölkəmizin ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi gün də uzaqda deyil. Yaradılmış əlverişli investisiya mühiti iqtisadiyyatın müxtəlif sektorlarına xarici sərmayələri cəlb etməkdə davam edir. Azərbaycanın bütün göstəricilər üzrə iqtisadi reytinqi getdikcə artmaqdadır. Bütün bu sadalanan uğurlar “Reuters” kimi siyasi alətə çevrilmiş mətbu orqanlarına ən tutarlı cavabdır.
Newtimes.az
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:21
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10

