/ / Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəlmiş Bakının uşaq evlərinin gənc rəssamları ilə görüş keçirilib
Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəlmiş Bakının uşaq evlərinin gənc rəssamları ilə görüş keçirilib
28.02.2013 [01:14]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş 10 nəfər Moskvaya dəvət olunub. Fevralın 27-də Azərbaycanın Rusiyadakı səfirliyində gənc rəssamların Moskvada yaşayan Azərbaycan ziyalıları ilə görüşü keçirilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və xanımı Gülnarə Şıxəliyeva uşaqları Ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi önündə qarşılayıblar. Polad Bülbüloğlu uşaqlara Ulu öndər Heydər Əliyevin 1990-cı il Qanlı yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı səfirliyinə gələrək bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılmasını tələb etməsi barədə danışıb. Sonra söhbət nahar süfrəsi arxasında davam etdirilib. Moskvada yaşayan Azərbaycan ziyalıları - “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, professor Tofiq Məlikli, Rusiyanın Xalq Rəsamı Əsgər Məmmədov, Moskva Linqvistika Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Bella Musayeva gənc rəssamlara doğma Azərbaycanımızı sevməyi, onun müstəqilliyi və azadlığı uğrunda mübarizəyə daim hazır olmağı, mədəniyyətimizi daha da zənginləşdirmək üçün rəssamlıq bacarıqlarını artırmağı tövsiyə ediblər. Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tələbələri Azərbaycan dilində şeirlər söyləyiblər.
Sonda balaca rəssamlar səfirliyə öz rəsmlərini hədiyyə ediblər. Polad Bülbüloğlu hədiyyələrə görə təşəkkürünü bildirib, bu rəsmlərin səfirliyin binasını bəzəyəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27

