/ / Mirvari Fətəliyeva ermənilər tərəfindən döyülməsi ilə bağlı Paris Jandarmeriyasında izahat verib
Mirvari Fətəliyeva ermənilər tərəfindən döyülməsi ilə bağlı Paris Jandarmeriyasında izahat verib
01.03.2013 [01:30]
Mirvari Fətəliyeva: Fransa kimi demokratik bir ölkədə belə bir hadisənin baş verməsi təbii ki, hamı tərəfindən pislənilir
Fevralın 20-də Parisdə Fransa Milli Assambleyasında ermənilər və Fransa Parlamentinin ermənipərəst üzvü Fransua Roşebloun tərəfindən döyülən Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanlıları Konqresinin və Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva dünən Paris Jandarmeriyasında hadisə ilə bağlı izahat verib. Bu barədə “Yeni Azərbaycan” qəzetinə eksklüziv açıqlamasında məlumat verən Mirvari Fətəliyeva deyib ki, yerli qanunvericiliyə görə hadisə Fransa Milli Assambleyasında baş verdiyindən işin araşdırılması və müvafiq hüquqi qiymət verilməsi Jandarmeriyaya həvalə olunub: “Biz izahatımızı verdik, olayların detalları ilə bağlı bildiyimiz hər şeyi danışdıq. Onlar özləri də müvafiq araşdırmalar və müşahidələr aparırlar. Biz dünən vəkilimizlə də görüşdük, hansı addımları atmaq lazımdırsa, atacağıq. Bundan sonra prosedura uyğun olaraq, hansı işlər görüləcək, bunu zaman göstərəcək”.
Fransa mediasının ermənilərin törətdiyi bu vəhşiliyə böyük diqqət ayırdığını deyən Mirvari Fətəliyeva qeyd edib ki, bu ölkənin nüfuzlu “Le Fiqaro”, “Le monde” kimi qəzetləri və “Frans press” agentliyi insidentlə bağlı geniş material təqdim edib. Bununla yanaşı, ölkənin rəsmi dairələrinin bu hadisəni pislədiyini xatırladan M.Fətəliyevanın sözlərinə görə, ölkə parlamentində bunu pisləyən bəyanat qəbul olunub, bəzi senatorlar olayı pisləyən çıxışlar ediblər: “Fransa kimi demokratik bir ölkədə belə bir hadisənin baş verməsi təbii ki, hamı tərəfindən pislənilir. Bu olay Fransanın dünyadakı imicinə mənfi zərbə vurur”.
Hadisədən sonra həm özünün, həm də olayda ermənilər tərəfindən döyülən digər azərbaycanlı Vüsal Hüseynovun səhhətinin normal olduğunu söyləyən M.Fətəliyeva bununla belə, üzündə bəzi yaraların hələ də qaldığını bildirib.
Xatırladaq ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanlıları Konqresinin və Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənilərin hücumuna məruz qalaraq döyülüblər. Mirvari Fətəliyeva deyib ki, o və Vüsal Hüseynov da tədbirə qatılaraq Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıt hadisələri ilə bağlı səsləndirilən fikirlərin tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra, Fransa parlamentinin ermənipərəst üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən, Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.
Fətəliyeva onu da deyib ki, həmin tədbirdə iştiraka əvvəldən yazılıb və təsdiq məktubu da alıb. Bildirib ki, tədbirə Vüsal Hüseynovla birgə gedib və təsdiq məktubunu göstərərək zala daxil olublar: “Qondarma “DQR”in Fransa nümayəndəsi və digər çıxışçılardan sonra Sumqayıt hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hamı mənim və Vüsalın ayağa qalxmasını tələb etdi. Mən isə bildirdim ki, bu gün Xocalı soyqırımının anım günüdür və yalnız həmin soyqırımın qurbanlarının xatirəsini anmaq üçün ayağa qalxa bilərəm. Bundan sonra, Fransa senatorları və digər şəxslərin gözü qarşısında bizə hücum edildi. Vüsal qəhrəmancasına məni müdafiə etdi. Biz möcüzə nəticəsində xilas ola bildik. Belə ki, zaldan çıxmağa çalışarkən digər zala getdik, orada isə keçmiş deputatlar və nazirlərin iştirakı ilə iclas keçirilirdi. Mən qışqırdım ki, bizi döyürlər, xilas edin. Onlar işə qarışmasaydı, biz sağ qurtara bilməyəcəkdik”.
Azərbaycanın Fransadakı səfirliyi isə faktla əlaqədar Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. “Bu, ciddi cinayətdir. İstəyirik ki, Fransa parlamentinin üzvləri baş verən hadisəyə qiymət versinlər”, - deyə səfirlikdən bildiriblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

