Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali mükafatı təqdim olunub
16.03.2013 [11:05]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Pakistan parlamentinin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü xanım Rubina Saadat Qaimxani ilə görüşüb.
Qonağı Bakıda görməkdən məmnun olduğunu söyləyən Mehriban xanım Əliyeva Azərbaycan ilə Pakistan arasındakı sıx dostluq münasibətlərinin səviyyəsindən razılıq ifadə edib. Bildirilib ki, ölkələrimiz bütün sahələrdə əməkdaşlıq etməklə yanaşı, həm dövlət, həm parlament, həm də qeyri-dövlət təşkilatları səviyyəsində gözəl əlaqələr qurublar. Bu əlaqələr xalqlarımızın da dost olmasına gətirib çıxarıb. Ölkələrimiz bütün beynəlxalq qurumlarda bir-birinin mövqeyini daim dəstəkləyirlər.
Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondu barədə də məlumat verib. Mehriban xanım Əliyeva deyib ki, 10 ildir fəaliyyət göstərən Fond nəinki Azərbaycanda, həm də xarici ölkələrdə humanitar, təhsil, mədəniyyət, səhiyyə, qadınların cəmiyyətə inteqrasiyasının asanlaşdırılması istiqamətində layihələr həyata keçirir. Belə layihələrin bir neçəsi məhz Pakistanın müxtəlif şəhərlərində reallaşdırılıb. Fondun təşəbbüsü ilə ölkənin Müzəffərabad şəhərində qızlar üçün məktəb inşa olunub, Peşəvar şəhərindəki göz xəstəxanasının tikintisinə maliyyə yardımı göstərilib, müxtəlif adda tibbi və xeyriyyə aksiyaları həyata keçirilib. Birinci xanım Mehriban Əliyeva belə tədbirlərin davam etdirilməsinin iki ölkə arasında əməkdaşlığa töhfə verdiyinə əminliyini bildirib.
Rubina Saadat Qaimxani Heydər Əliyev Fondunun gördüyü işlərdən məlumatlı olduğunu deyib. Pakistanlı deputat vurğulayıb ki, onun xalqı göstərilən yardımlara görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanım Əliyevaya minnətdardır.
Xanım Rubina Saadat Qaimxani Prezident Asif Əli Zərdarinin salamlarını və Pakistana dəvətini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırıb. Mehriban xanım Əliyeva dəvəti məmnunluqla qəbul edib.
Sonra Mehriban xanım Əliyevaya 2012-ci ilin “Humanizm rəmzi - Dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə” qadın mükafatı təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

