Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
19.03.2013 [10:19]
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və Novruz bayramı münasibətilə tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Bildirilib ki, KİVDF yarandığı gündən bir çox layihələr həyata keçirib. Bu layihələrdən biri də fərdi jurnalist yazıları müsabiqəsidir. Müsabiqəyə, ümumilikdə, 10 istiqamət üzrə 83 yazı təqdim olunub. Təqdim edilmiş yazılar üç qrupda 9 ekspert tərəfindən qiymətləndirilib, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab olunub. Müsabiqənin şərtlərinə görə, ən yüksək bal toplamış 30 jurnalist qalib elan edilib. Bundan əlavə, yüksək bal toplayıb, lakin qaliblər sırasına düşə bilməyən 10 jurnalistə isə həvəsləndirici mükafatların verilməsi qərara alınıb.
Qeyd edilib ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək deyib ki, fərdi jurnalist müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin bu cür təntənəli mərasimlərlə mükafatlandırılması artıq Azərbaycanda ənənə halı alıb. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır.
Əli Həsənov bildirib ki, bu cür tədbirlər - medianın bir-biri ilə ünsiyyəti, o cümlədən ölkəmizin tanınmış, nüfuzlu insanları ilə təmaslar vətəndaş cəmiyyəti quruculuğuna, ölkədə siyasi plüralizm mühitinin formalaşmasına, ümumilikdə isə insanlar arasında əlaqələrin intensivləşməsinə xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları deyil, bütövlükdə cəmiyyətimiz bəhrələnir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühiti, Azərbaycanda azad söz, demokratik cəmiyyət quruculuğu müvəffəqiyyətlə davam etməkdədir: “Əminəm ki, media işçiləri indiyədək olduğu kimi, bundan sonra da demokratik dövlət və azad cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər. Biz Azərbaycan cəmiyyətinin gələcəyini mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız təsəvvür etmirik. Fürsətdən istifadə edərək, bütün bu proseslərdə iştirak edən insanları Novruz bayramı münasibətilə təbrik edirəm”.
Sonra fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.
Qalibləri təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov KİVDF-nin layihələrinin əhəmiyyətini vurğulayıb, bu müsabiqələrin jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu olduğunu qeyd edib.
Tədbirdə KİVDF-nin icraçı direktoru V.Səfərliyə 55 yaşının tamam olması münasibətilə hədiyyələr təqdim edilib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, müsaqibənin qalibləri arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşları - Nadir Azəri və Nardar Bayramlı da var.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

